13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz

0
1855

13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi sayıla bilməz

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanmasıdestruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinəçevrilib. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Aydın məsələdir ki, 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.

Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.

Dünya son təxribat zamanı Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyinin şahidi oldu. Otuz il ərzində erməni təxribatlarına göz yuman dünyanın bəzi güclərinin artıq gözlərini açması, qulaqlarının isə yaxşı eşitməsi zamanıdır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan, 10 noyabr 2020-ci il Bəyanatının müddəalarının icrasına məhəl qoymayan Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsinə böyük ehtiyac var. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Görünən budur ki, 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.

Bu hərbi insident təsadüfi sayıla bilməz. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır.Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır.Ziyalılarımız da vətəndaşları ayıq-sayıq olmağa, kənar təsirlərə uymamağa çağırır.

Vətən müharibəsində qələbə qazanmağımızın səbəbləri bir neçə idi. Qətiyyətli və doğru siyasət yürüdən ölkə rəhbərinin olması, güclü ordu və həmin rəhbərin də, ordunun da arxasında dağ kimi dayanan xalq. Bəli, xalqın birliyi, əzəməti bu qələbənin vaxtını daha da tezləşdirdi. 30 illik göz yaşı, ah-nalə, vətən həsrəti, yurd-yuvasına qovuşa bilməmək qorxusu cəmi 44 gün ərzində yox oldu. Biz Zəfərmizi bu həmrəyliyin gücünə qazandıq. Rəhbər, ordu və xalq birliyimiz bütün dünyaya sübüt etdi ki, bu xalqı əzmək, bu xalqı yenmək çox çətindir. Amma təəssüf ki, ermənilərin son təxribatından sonra öz içimizdə də əks mövqe sərgiləyən, daxildə çaxnaşma yaratmağa çalışan qüvvələri görməkdəyik.Kənardan döyüş asan gəlir. Bəziləri sabitliyimizi poza biləcək təbliğat aparır, insanları səhv istiqamətə yönəldir.Amma xalqımız bu təxribatlara uymamalı, səbrlə, təmkinlə həyata keçirilən işlərin bir parçası olmalıdır. Baş verə biləcək hadisələrə qarşı hazırlıqlı olmaq vacibdir. 13 sentyabr tarixində baş vermiş ermənitəxribatları bir daha göstərdi ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Səbrsizlik, müəyyən planların açıqlanması, ictimailəşdirilməsi yeni hərbi təxribatlarıntörədilməsinə səbəb ola bilər. Odur ki, hər birimiz Vətən müharibəsində göstərdiyimiz həmrəyliyi daim qoruyub saxlamalı, bu xalqın içinə nifaq salmaq istəyənlərə qarşı gücümüzü birgə göstərməliyik. Hər kəs anlamalıdır ki, Dəmir yumruq hər zaman yerindədir!

 

Niyaz Həsənov

Saatlı rayonu Smadakənd kənd tam orta məktəbinin direktoru