11 kişidən 830 milyon kişi törədi- DÜNYANI BÜRÜDÜ

0
734

Dünyada səkkiz yüz milyon əhali 11 kişidən törəyib. Onların içində Çingiz xan da var. Genetiklər çağdaş Asiya əhalisinin Y xromosonlarında nukleoidlərin qəribə ardıcıllığını müəyyən ediblər. Və onların cəmisi bir neçə atadan olduğu bəlli olub. Atalığı müəyyənləşdirmək üçün Y xromosonu əsas götürülür. Bu xromoson SRY geninin daşıyıcısıdır. Atadan oğula keçir və doğulan uşağın oğlan cinsindən olmasını təyin edir. Zaman keçdikcə xromosonda müxtəlif mutasiyalar baş verir. Amma bu, insanın həyatına təsir etmir. Və bu mutasiyalar min illər ərzində qohumluq əlaqəsini müəyyənləşdirməyə imkan verir.

 

Alimlər Asiyanın müxtəlif 127 regionu üzrə 5321 kişinin Y xromosonunu analiz ediblər. Qərbi Türkiyədən Evenkiyə, Qazaxıstandan Vyetnama qədər aparılan araşdırmada ən çox rast gəlinən qablotipləri tapıblar. Nəticədə, müayinə olunan adamlardan 37,5%-nin 11 kişidən törəndiyi üzə çıxıb. Əgər, bu faiz göstəricisini Asiyanın ümumi əhalisinə uyğun hesablasaq, belə çıxır ki, 830 milyon insan onlardan törəyib. Təsadüfi mutasiyaların analizi əsas atanın yaşadığı dövrü öyrənməyə imkan verdi. Həmçinin bu və ya digər genotipin konsentrasiyası əcdadların yaşadığı yeri də tapmağa imkan verir.

 

 

2003-cü ildə britaniyalı genetik Kris Taylor Smit iddia irəli sürdü ki, ən çox övladı olan ata tarixdə Çingiz xan sayılır. Onum sonsuz sayda arvadı var idi və oğlanları, nəvələri hökmdar olaraq, Çingiz xanın çoxlu sayda övlad gətirmə həvəsini davam etdirdilər. Taylor Smitin fikrincə, yer üzünün 0,5% kişisi (bu 16 milyon deməkdir) Çingiz xanın oğul törəmələridir.

 

e.ə. 2100-cü ildən bu günə uzanan tayfa

 

 

Alimlərin fikrincə, ikinci yerdə Mancur knyazı Geon Çanqidir (1582-ci ildə ölüb). Onun nəvəsi Nur Xatsi Çinin işğalına başlayıb, nəticəsi Abaxay isə Çinin sonuncu imperator şəcərəsi olan Tsinin əsasını qoyub. Geon Çanqinin oğul törəmələrinin sayı hazırda milyon yarımdır.

 

Digər böyük xələfləri qismən müəyyənləşdirmək olub. Altı nəslin əsası bürünc dövründə (e.ə. 2100-300-cü illər) üç regionda yayılıb. Cənub Şərqi Asiya, Tibet, Şərqi Hindistan, “Bərəkətli torpaq ayparası (Suriya, Fələstin, Livan, İsrail, İraq, Türkiyənin cənub şərqi və İordaniyanın şimal qərbi)” və orta Asiyada. Alimlərin fikrincə, bu nəsil xəttinin belə geniş yayılmasına səbəb bürünc dövrünün svilizasiyalarında əkinçiliyin inkişafı ilə bağlıdır.

 

Dörd nəsil isə eramızın 700-1100-cü illərə gedib çıxır. Bu nəslin nümayəndələri Levantadan (Suriya, Livan, İsrail, İordaniya, Fələstin, Misir, Türkiyə) Cənubi Hindistana qədər yayılıb. Ehtimal olunur ki, bu dörd nəsil Avrasiyada islamın yayılması ilə bağlıdır.

 

 

Müayinə olunanların 80%-i isə 3 nəslə aid olunur. Bunlar altay dilinin daşıyıcılarından törəmədirlər. Başlanğıcını eramızın 700-1200-cü ilindən götürür. Bu nəsillər böyük ipək yolunun ətrafında məskunlaşıblar. Şərqi Asiyadan Aralıq dənizinə uzanırlar. Ehtimal olunur ki, bu nəsilin birinin əsasi 9-10-cu əsrdə qoyulub. Həmin dövrdə ipək yolunu nəzarətdə saxlamaq üçün bir neçə dövlət mübarizə aparırdı. Tanqut dövləti Sisya, Çjurçjen dövləti olan Tszin, Kidan dövləti olan Lyao bunlardan ən əsası idi. Və bu nəslin əsasını Çinin şimal-şərqində yaşayan Kidanların hökmdarı Abaotszi qoyub.

 

Alimlərin fikrincə, daha dəqiq müəyyənləşdirmək üçün ölmüş hökmdarların məzarını tapıb DNT analizi aparmaq lazımdır.

 

Tarixçilər isə hökmdarların arvadlarının və uşaqlarının sayını hesablamaqla bu fərziyyələri irəli sürürlər.

 

At belində yayılan nəsil

 

 

Amma bir tarixi gerçəklikdə var ki, özündən sonra ən çox törəmə buraxan köçəri xalqların hökmdarları olub. Bunun da əsas səbəbi varisliyin kişi xətti ilə verilməsi və hökmdar oğullarının əyalətlərə canişin təyin olunması ilə bağlı idi. Bu canişinlər zəbt olunmuş yeni ərazilərdə saysız-hesabsız arvad alıb nəsil artırırdılar. Həmçinin, başlıca rolu at üzərində hökmranlıq edən bu tayfaların sürətlə Avrasiyaya yayılması idi. Bunların içində xunnular və cunqarlar da var. Hunların da bu işdə adı çəkilir. Onu da qeyd edək ki, indiki Macarıstan, Bolqarıstan əhalisi hunların törəməsidir. Tarixdə ən böyük iz buraxmış Hun imperatoru isə Atilladır.

 

 

Belə bir deyim var – “Türklər tarix yazmır, onu yaradır”. Neçə-neçə imperiya və dövlətlər quran türk hökmdarlarının şorgözlüyü nəticəsində Avrasiyada türkdən törəyənlərim sayı-hesabı yoxdur. Bax, belə şorgözlüyə əsl kişilik demək olar. Yəni, onlar çox arvadlılğı təkcə, eyş-işrət üçün deyil, həm də millət üçün həyata keçirirdilər. Bu sözümü kişilər bayraq tutaraq xəyanətlərini millətsevərliliyi ilə ört-basdır etməsinlər. Biz keçmişdən danışırdıq.

Publika.az

Yazıda “European Journal of Human Genetcs” jurnalındakı materiallardan istifadə olunub.

BIR CAVAB BURAXIN