11 ildən sonra ilk dəfə — “Əl Fətih” və “Həmas” razılığa gəldi

0
584

11 ildən sonra ilk dəfə
Fələstin hakimiyyətini əldə saxlayan qruplar 11 ildən sonra ilk dəfə məclis seçkilərinin keçirilməsi məsələsində razılığa gəliblər.

Arazinfo.com “Ölkə.Az”-a istinadən xəbər verir ki, 2018-ci ilə planlaşdırılan seçkilərin vaxtını Mahmud Abbas təyin edəcək.

Fələstində İordan çayının qərb sahillərini idarə edən “Əl Fətih” və Qəzzədəki iqtidara rəhbərlik edən “Həmas” qruplaşması 2018-ci ilin sonunda ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Misirin paytaxtı Qahirədə keçirilən iki günlük görüşlərdən sonra alınan qərarı açıqlayan 13 qrup seçkilərin dəqiq tarixini təyin etmə səlahiyyətini isə Mahmud Abbasa həvalə edib.

BIR CAVAB BURAXIN