11 dəfə evlənən, 2 ərini öldürən qadın

0
630
9 fərqli şəxslə 11 dəfə evlənib, həyat yoldaşlarından 2-sini öldürən ABŞ-lı köhnə model Cill Koit ömürlük həbsə məhkum edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ilk nikahı 17 yaşı olarkən gerçəkləşən qatil qadın 52 yaşında bir çox cinayətdə ittiham edilərək ömürlük azadlıqdan məhrum olunub.
Koit 3-cü həyat yoldaşı Vilyam Klarkla əvvəlki həyat yoldaşı ilə evli olarkən tanış olub. Klarkdan bir oğlu və digər övladlıq oğlu olan model həyat yoldaşına xəyanət edib və ona puluna görə evləndiyini deyib. Lakin cütlük daha sonra yenidən ailə həyatı qurub və 2-ci dəfə boşanandan 20 gün sonra Vilyam kürəyindən vurulan 2 güllə ilə öldürülmüş vəziyyətdə tapılıb.
Hazırda 74 yaşı olan keçmiş model daha sonra Koloradonun ən varlı şəxslərindən olan Cerri Boqsu hamilə olduğuna inandıraraq onu nikaha razı salıb. Lakin Boqsun ailəsi qadını sevmədiyi üçün onun keçmişi araşdırmağa başlayıb və hər şey aşkara çıxıb. Cill Koitin 8 dəfə evlənməsi, 7 həyat yoldaşı ilə hələ də evli olması, saxta ad və fırıldaqçılıqla məşğul olması məlum olub. Həyat yoldaşı tərəfindən tərk edilən model daha sonra növbəti əri onu qətlə yetirib. Meksikaya qaçan cütlük pulları bitəndən sonra ABŞ-a gəlib və Koitin oğlu onun cinayətlərini polisə xəbər verərək həbsinə nail ola bilib.

BIR CAVAB BURAXIN