“Ərinə ikinci arvad axtaran xanımlar da var…”

0
675

Ötən ilin yayında Böyük Britaniyada ikinci həyat yoldaşı axtaran müsəlmanlar üçün  açılmış “SecondWife.com”(“İkinci arvad”) tanışlıq saytı (bax:http://www.moderator.az/news/141925.html) gözlənilməz uğur qazanıb.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla yazır.
İlk vaxtlar cəmi   7 min istifadəçisi olan veb-saytda artıq 100 mindən çox insan qeydiyyatdan keçib. Saytın yaradıcısı- 34 yaşlı teleaparıcı Azad Çayvala deyir ki, müsəlman icmasının bəzi nümayəndələri  çoxarvadlılığın təbliğinə etirazlarını bildirsələr də,  SecondWife.com saytı Britaniya və dünyada populyarlıq qazanmaqdadır. Birinci həyat yoldaşından ayrılmamaq şərti ilə ikinci xanımla ailə qurmağa çalışan kişilərin sayta müraciəti gündən-günə artır. Artıq müraciət edənlər arasında 4-cü arvad axtaranlar, hətta öz ərinə ikinci həyat yoldaşı axtaran xanımlar da var.
“Onsuz da ikinci, üçüncü qadınla yaşamaq həvəsli kişilər xeylidir. Və təəssüf ki, çoxları bunun üçün yalana, haram yollara əl atır- yəni arvadına açıq, yaxud gizli şəkildə xəyanət edir, zina edir, belələri ilə əlaqədə olan qadınlar isə fahişəyə çevrilir. Biz çoxarvadlıılığın Quran əsasında, Allahın buyurduğu halal, layiqli  yolunu təbliğ edirik…”-deyə Azad bildirir.
Qeyd edək ki, Azad Çayvala bütün dini konfessiyaların nümayəndələrinin istifadə edə biləcəyi “Polygamy.com”(“Çoxarvadlı”) saytını da yaradıb.
Xatırladaq ki, bir müddət öncə İndoneziyada da çoxarvadlılar üçün “AyoPoligami”  adlı mobil əlavə təşkil edilib(bax:http://www.moderator.az/news/194867.html).
P.S. Təbii ki, çoxarvadlılığa xüsusən qadınlar arasında etiraz edənlər xeylidir. Kişilərin Quranın bu qaydasından sui-istifadə etməsi, qadınların haqlarını tapdaması baxımından haqlı olanlar da var.  Ancaq digər suallar da meydana çıxır: ərlərin xəyanəti, zinakarlığı, qadınların fahişəliyinə göz yumulması, bunun adi hal kimi qarşılanması, yaxud kişi ilə kişinin, qadınla qadının evlənməsinə qanuni icazə verilməsi, kişilər üçün nəinki rəsmi fahişəxana, hətta heyvan fahişəxanası açılması yaxşıdır, normaldır? Allaha inanırıqsa, O, Quranda çox ədalətli və eyni zamanda sərt şərtlərlə 4-dək arvad saxlamağa icazə verir. Heç kəs Allahdan ədalətli və bilikli ola bilməz…
 
Sultan Laçın

BIR CAVAB BURAXIN