Ərdoğanın Özal barədə fikirləri qalmaqal yaradıb

0
649

1104052Son günlər Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 45 və 46-cı dönəm hökumətlərinin baş naziri və 8-ci prezidenti olmuş Turqut Özalla bağlı fikirləri qardaş ölkənin  mediası və sosial şəbəkələrində müzakirələrə səbəb olub. Azpolitika.info Türkiyə mətbuatına istinadən bildidrir ki, bu müzakirələrin qızışmasına səbəb R.T.Ərdoğanın Özalın hakimiyyətdə olduğu illərdə onun rəhbərlik etdiyi hökumət barəsində söylədiklərini əks etdirən videokadrların ortaya çıxması olub. Həmin kadrlarda Ərdoğan Özalı korrupsiya, rüşvət və digər cinayətlərə göz yummaqda ittiham edir. Türkiyə müxalifəti və müxalif mediası, həmçinin sosial şəbəkə istifadəçilərinin bir qismi bu kadrların Ərdoğanın qeyri-səmimi siyasət yürütməsinin sübutu kimi təqdim etməyə cəhd edir. Onlar bildirir ki, hələ Nəcməddin Ərbakanın Rifah partiyasında təmsil olunan zamanlarda Özalı və hökumətini kəskin tənqid edən və öz hakimiyyəti dövründə də bu tutumunu davam etdirən Ərdoğan bugün onu az qala göylərə qaldırır.

Ərdoğanın hazırda Özalı müdafiə etməsi birmənalı qarşılanmır. Xüsusilə 15 iyul dövlət çevrilişi cəhdindən sonra Özalın öz əcəli ilə deyil, sui-qəsd nəticəsində öldürüldüyü barədə iddialar hakimiyyətə yaxın media tərəfindən geniş müzakirə olunmağa başlayıb. Müxalifyönlü insanlar isə Ərdoğanı məhz indi Turqut Özalı tərifləməsi və ona təəsübkeşlik etməsini tənqid edir, bildirirlər ki, hazırkı prezident tarixi şəxsiyyətlərə öz şəxsi siyasi maraqlarına uyğun şəkildə qiymət verir.

O da yada salınır ki, Özal müxalifətdə olan Ərdoğana “özəl kalem müdürlüyü” adlanan katiblik vəzifəsini təklif etmişdi. Ancaq  Ərdoğan qəbul etməyib.

BIR CAVAB BURAXIN