Ərdoğan: Qəzzaya gedəndə məndən soruşmuşdunuz?

0
567

Ərdoğan Mavi Mərmərə səfərinin təşkilatçılarını günahlandırıb

Türkiyə Prezidenti R. T. Ərdoğan Sarayda verdiyi iftarda çıxış edib. “Zaman.az” Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan çıxışı ilə hər kəsi heyrətləndirib. Belə ki, o çıxışında 2010-cu ildə İsrail ilə siyasi münasibətlərin dondurulmasına səbəb olan Mavi Mərmərə səfərinin təşkilatçısı İHH (İnsan Haq və Hürriyyətləri İnsani Yardım vəqfi) dərnəyini günahlandırıb. Ərdoğan, “20 milyonluq təzminatı alır, ya da almazlar. Gedərkən o dövrün Baş Nazirindən (özünü nəzərdə tutur-red) icazə almışdınız?”

Xatırladaq ki, Ərdoğan bu günə kimi Mavi Mərmərə gəmisini özlərinin göndərdiyini bildirirdi. O hadisədən sonra Türkiyə İsrail kəsilmişdi. Ərdoğan İsraili terror dövləti adlandırmışdı. 2 gün əvvəl Türkiyə ilə İsrail münasibətlərini bərpa etdilər. Razılaşmaya görə, Qəzza blokadası davam edir və Türkiyə rəsmən blokadanı tanıyır. Bu razılıqdan sonra İHH dərnəyi Ərdoğanı İsrailə təslim olmaqda günahlandırmışdı. Bu gecə Ərdoğan çıxışı ilə bütün ictimaiyyəti heyrətləndirib. Hətta Ərdoğanın tərəfdarları belə sosial mediada onu bu çıxışına görə tənqid ediblər.

BIR CAVAB BURAXIN