Ərdoğan: ABŞ dünyanı iqtisadi müharibəyə sürükləyir

0
561

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya  rəsmi səfəri gözlənilir.

Berlinə səfər öncəsi Ərdöğan Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetində dərc olunan məqaləsində ABŞ-ı dünya ölkələrinə qarşı iqtisadi müharibə başlatmaqda günahlandırıb. Ərdoğanın sözlərinə görə, Türkiyə və Almaniya  ABŞ-ın dünya ölkələrinə qarşı başlatdığı iqtisadi müharibəbədə birgə hərəkət etməlidirlər: “ABŞ-ın təktərəfli və məsuliyyətsiz şəkildə dünyanı daha amansız iqtisadi müharibəyə sürükləməsindən hamı əziyyət çəkir”.

Onu da deyək ki, Ərdoğanı Almaniyaya səfərə Xarici işlər naziri Frank-Valter Ştaynmayer dəvət edib. Səfər çərçivəsində Ərdoğanın kansler Angela Merkel və digər rəsmi şəxslərlə görüşü gözlənilir. Mediainfo.az

 

BIR CAVAB BURAXIN