Ər Riyad-Vaşinqton münasibətlərində kəskinləşmə – “Məgər ərəblər sənin dostun deyil?”

0
743

13 iyun tarixində Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri nahar süfrəsi arxasında Səudiyyə şahzadəsi Mühəmməd ibn Salmanla görüşüb. Rəsmi Amerika diplomatiyası ABŞ-ın Suriya müharibəsinə olan yanaşmasına görə Səudiyyə Ərəbistanı ilə aralarında yaranan gərginlik faktını inkar edir. Amma əslində bu məsələ müttəfiqlər arasındakı fikir ayrılığının mənbəyidir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi əsəbi atmosferin olmasına baxmayaraq, jurnalistlərə deyib: “Əgər məndən soruşsanız ki, Səudiyyə Ərəbistanı və ABŞ arasında Suriya ilə bağlı dərin fəlsəfi ayrılıq mövcuddur, mənim cavabım belədir: yox!”

Ancaq nahar yeməyi Suriya böhranı ilə əlaqədar fikir ayrılığına görə gərginlik şəraitində keçib. Bundan başqa Səudiyyə Ərəbistanı özünün rəqibi olan şiə İranı ilə Amerika arasındakı tarixi istiləşmə prosesini sadəcə olaraq qəbul edə bilmir.

Həmçinin Bəşər Əsəd üçün hazırlanmış tale də yəqin ki, mübahisə yaradır. Ər-Riyad hər yolla Əsədin getməsinə çalışır. Vaşinqton öz növbəsində tədricən Dəməşqin müttəfiqi Moskvanın mövqeyinə yaxınlaşır və belə hesab edir ki, Əsədin idarəetmə sükanı arxasında qalması daha yaxşıdır.

İki ölkə lideri ABŞ və Səudiyyə Ərəbistanı ilə münasibətləri müzakirə etməklə bərabər, həm də Yəmən, Suriya, Liviya və terrorizmlə mübarizə kimi geniş spektrli məsələləri də gözdən keçiriblər.

Lakin burada bir şeyi qeyd etmək gərəkdir ki, ABŞ prezidenti ərəblərdən heyran deyil. Buna əmin olmaq üçün onun Avstraliya baş nazırı ilə söhbətini nümunə gətirmək olar. Avstraliya baş naziri Ternbull ondan soruşub: “Məgər ərəblər sənin dostun deyil?” Obama isə gülərək cavab verib: ”Burada hər şey mürəkkəbdir”.

Bu tarixçədən başqa, Ər-Riyad və Vaşinqton arasındakı münasibətin gərginləşməsinə təkan verən hadisə olan Əsədin bombalanmaması haqda 30 avqust 2013-cü ildə çıxarılmış qərarı da yada salmaq lazımdır.

– Avstraliya və Amerika liderləri arasındakı bu danışığı necə başa düşmək olar?

Obama müəyyən mənada, istənilən böhranın və xüsusən də Yaxın Şərqdəki böhranın həllində sistemli şəkildə güc tətbiq edilməsi ilə bağlı ölkənin xarici siyasətində təşkil edən xətlə bağlı Vaşinqtondakı konsensusa qarşı getmək istəyib. Bu cür bir perspektivdə onun administrasiyası Fars körfəzindəki sünnü monarxiyaların maraqlarını hədsiz dərəcədə dəstəkləyən neokonservativ ekspert qrupuna münasibətdə düşmən mövqeyi tutur.

Əlavə olaraq bildirmək lazımdır ki, Obama qadınlara olan münasibətinə və həmçinin də müəyyən İslam cərəyanlarına göstərdikləri maliyyə yardımlarına görə Səudiyyə Ərəbistanını heç də az tənqid etməyib.

İstənilən halda Obamanın analizi onun öz xarici siyasətdə əsas element kimi ABŞ-ın Asiyaya tərəf üz tutmasını vacib hesab etdiyini göstərir. Belə bir şərtlər daxilində Yaxın Şərq artıq onun üçün prioritet hesab olunmur.

– Putin üçün regionda geniş manevr imkanları açılır

Yaxın Şərqin ikinci plana sıxışdırılması əsasən İranın regional oyunçu kimi bərpa edilməsinə söykənir. Obama prezidentliyinin elə ilk dövründən Səudiyyə Ərəbistanı və İsrailin böyük məyusluğuna baxmayaraq, İranın regiondakı bir çox böhranların həll olunmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq, bu ölkənin davranışlarının məsuliyyətinə üstünlük veririb.

(“Le Huffington Post” – Fransa)

0

Şərh əlavə olunmayıb

Şərhinizi əlavə edin:
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)


Maksimum 512 işarə daxil edə bilərsiniz

BIR CAVAB BURAXIN