Ən ağır zədələrə rəğmən futbola dönməyi bacaran 10 futbolçu

0
648
MALAGA, VALENCIA - MAY 21: Eric Abidal of Barcelona runs on the pitch during the La Liga match between Malaga and Barcelona at La Rosaleda Stadium on May 21, 2011 in Malaga, Spain. Barcelona won 3-1. (Photo by Manuel Queimadelos Alonso/Getty Images)

İdmanın sağlamlıq olduğunu deyirlər. Belə olan halda idmançıların dünyanın ən sağlam insanları hesab etmək olar. Ancaq həmişə belə olmur.

 

Siyahımızda yer alan bu futbolçular çox ağır xəstəliklərə və zədələrə baxmayaraq, yaşıl meydanlara geri dönməyi bacardılar.

 

1. Karlos Teves

 

FBL-ARGENTINA-RIVER PLATE-BOCA JUNIORS

 

Karyerasında “Boka Xuniors”, “Mançester Yunayted”, “Mançester Siti” və “Yuventus” kimi önəmli klubların formasını geyinmiş argentinalı futbolçunun üzündəki qabarcıqları heçdiqqətinizi çəkibmi?

 

Qaynar suyun üstünə tökülməsi səbəbindən vücudunda 3-cü dərəcəli yanıq olan futbolçu 2 ay xəstəxanada qaldı. Çətin bir bərpa dövrünün ardından yenidən futbol həyatına davam etdi.

 

 

2. Erik Abidal

 

Malaga v Barcelona - La Liga

 

Fransız futbolçunun hekayəsini bilirsiz. 15 mart 2011-ci ildə o zamankı klubu “Barselona” Abidalın qara ciyərində şiş olduğunu və xərçəng diaqnozu qoyulduğunu açıqlamışdı.

 

17 martda əməliyyat olan müdafiəçi 28 may 2011-ci ildə isə “Mançester Yunayted”lə oynanılan Çempionlar Liqası final matçında “Barselona”nın müdafiəsinin sol cinahında, öz yerində idi.

 

 

3. Petr Çex

 

Chelsea goalkeeper Petr Cech wear a prot

 

Çexiyalı qapıçı 14 oktyabr 2006-cı ildə oynanılan “Çelsi” – “Ridinq” oyununun hələ 20-ci saniyəsində rəqib komandadan Stepen Hant ilə toqquşmuşdu. Kənardan yüngül toqquşma kimi görünsə də, yerindən qalxa bilməyən Çexə həkimlər müdaxilə etməli olmuşdu.

 

Beyin travması keçirən “qolkiper” kəllə sümüyü qırığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Demək olar ki, ölümdən dönən qapıçı haqqında bir daha futbol oynaya bilməyəcək kimi söhbətlər yayılsa da, 20 yanvar 2007-ci ildə “Liverpul” oyunu ilə yaşıl meydanlara geri qayıtdı.

 

Çex o gündən bəri məhz onun üçün xüsusi hazırlanan baş qoruyucusu ilə oynayır.

 

 

4. Antonio Kassano

 

US Lecce v AC Milan  - Serie A

 

İtaliyalı futbolçu 2011-ci ilin oktyabr ayında komanda ilə birlikdə Milana qayıdarkən təyyarədə danışma və hərəkət etməkdə çətinlik çəkməyə başlayıb. Noyabr ayında isə “Milan” klubu Kassanonun ağır ürək pozuntusu olan tac damar xəstəliyinə tutulduğunu açıqladı.

 

Əməliyyat edilən Antonio 25 aprel 2012-ci ildə “Cenoa” matçı ilə birlikdə futbola döndü.

 

 

5. Dieqo Buonanotte

 

Malaga's Argentinian midfielder Diego Bu

 

“River Pleyt”in son dövrlərinin ən əsas oyunçularından biri olaraq göstərilən argentinalı futbolçu 2009-cu ildə atasına aid avtomobillə qəzaya uğradı. Maşındakı 3 dostu ölən oyunçu özü ağır yaralı halda xəstəxanaya aparıldı.

 

Əzilmiş maşından çox böyük çətinliklə çıxarılan futbolçu bir neşə ay müalicə aldıqdan sonra yenidən aktiv futbol oynamağa davam etdi.

 

 

6. Xonas Qutyerres

 

Newcastle United v West Ham United - Premier League

 

Xonas Qutyerres 16 sentyabr 2014-cü ildə testis xərçəngi olduğunu və kimyəvi müalicənin son mərhələsinə gəldiyini açıqladı. Həmin ay xəstəxanaya yerləşdirilən oyunçu noyabrda evə buraxıldı.

 

2015-ci ilin mart ayında isə “Mançester Yunayted” oyunu ilə meydana döndü.

 

 

7. İvan Klasniç

 

Bolton Wanderers' Croatian striker Ivan

 

Xüsusilə də, “Verder Bremen”də oynadığı vaxtlar özündən söz etdirən keçmiş xorvatiyalı futbolçu 2007-ci ildə iki dəfə böyrək dəyişdirib. Buna baxmayaraq AÇ-2008-də milli komandasının heyətində çıxış etdi. Yenə də çox yorulan Klasniç 33 yaşında futbolla vidalaşdı.

 

 

8. Lionel Messi

 

Athletic Club v Barcelona - Copa del Rey: Round of 16 First Leg

 

Futbola 5 yaşında başlayan Messi 11 yaşında olanda ona böyümə hormonu əskikliyi diaqnozu qoyulub. Bu səbəbdən futbol həyatı təhlükəyə girən futbolçuya hətta oynaya bilməz də deyildi.

 

Sonrasını isə bilirsiz…

 

 

9. Robert Şlaynz

 

Robert Schlienz

 

“Ştutqart” forması geyinmiş keçmiş alman futbolçu Robert Şlaynz şəkildə də göründüyü kimi sağ əlini itirib. Bir avtomobil qəzasında qolunu itirən oyunçu ikinci dünyü müharibəsində də yaralanıb.

 

Ancaq bütün neqativlərə baxmayaraq, futboldan qopmadı və milli komandaya kimi yüksəldi.

 

 

10. Vaşinqton

 

Fluminense

 

Braziliya milli komandasında da oynamış Vaşinqton ölkəsində xaricdə ilk dəfə “Fənərbaxça”da oynayıb. 27 noyabr 2002-ci ildə miokard infarktı keçirib anjio oldu.

 

Mövsümün başa vuran oyunçuya həkimlər bir daha oynaya bilməz diaqnozu qoyunca müqaviləsi ləğv edildi. Bir il sonra “Atletiko Paraneanse” forması ilə meydana döndü və Braziliya liqasında bombardir oldu. Təkrar Braziliya millisinə dəvət alsa da, oynamaq imkanı olmadı.

 

Hazırladı: Zaur XUDİYEV

BIR CAVAB BURAXIN