ƏLİ ABBASOV 6,8 MİLYONU QEYRİ-RƏSMİ ÖDƏYİB, YOXSA…- Açıqlama

0
655

eli abbasov əli abbasov cinayət işi açıldı azpolitika saytti azpolitika.info mtn eldar mahmudov rytn sabiq nazir akif covdarovUntitled-1

Baş Prokurorluqdan keçmiş nazirlə bağlı açıqlama: “Elə olsaydı, Əli Abbasov indi məhkəmədə olardı”

kamran-eliyev-2“Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı”. Musavat.com-unxəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir iş məhkəməyə göndərilib, 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.
Qeyd edək ki, Əli Abbasovun 6,8 milyon manatı dəymiş ziyan kimi ödəməsi barədə məhkəmədə vəkillər vəsatət verib. Sabiq nazir də bunu təkzib etməyib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin fikirləri isə bu məlumatın ya yalan olduğunu, ya da Əli Abbasovun 6,8 milyon manatı QEYRİ-RƏSMİ ÖDƏDİYİNİ söyləməyə əsas verir.
Yəqin ki, bunun hansının olduğuna hörmətli Əli müəllim özü aydınlıq gətirəcək.

BIR CAVAB BURAXIN