Əfsanəvi Lemuriya nəhəngləri

0
670

 

Bir vaxtlar yer kürəsində nəhəng insanların yaşaması barədə irəli sürülən ehtimalların öz təsdiqini tapması ilə bağlı günümüzdə belə alimlər tərəfindən təqdqiqatlar davam etdirilməkdədir. İş orasındadır ki, bu, Yer kürəsində yaşayan insanlar barədə daha geniş təsəvvür əldə etməyə inkan verərək bəşəri inkişaf yollarını müəyyənləşdirməyə yardım edir. Qədimlərdə nəhəng insanların yaşaması barədə ehtimal ilk dəfə keçmiş SSRİ antropoloqları tərəfindən irəli sürülüb. SSRİ Antropologiya İnstitunun direktoru, məşhur antropoloq alim Yekimov iddia edirdi ki, qədimdə insanlar 5-7 metr hündürlüyə malik olubar. Alimin fikrincə, onların çəkiləri də boylarına müvafiq olaraq azı 500-700 kq olub. Sonralar onun bu iddiaları dünyanın digər tanınmış antropoloqları tərəfindən də dəstəkləndi.

Yer kürəsində daha nəhəng insanların yaşaması barədə aparılan tədqiqatlar isə digər ehtimalların də gündəmə gəlməsinə yol açıb. Belə güman edilir ki, qədimdə Lemuriya adlı bir materik olub ki, orada yaşayan insanların boyu daha hündür olub. Məsələn, tədqiqatçı alim Viktor Şevçukun iddiasına görə, qədimlərdə yaşayan asurların boyları 54, atlantlarınkı isə 18 metr olub. Amma tədircən onlardan sonra gələn nəsillərin boyları azalmağa başlayıb. Bu baxımdan iddiaya görə, əfsanəvi Lemuriyada yaşayan insanların boyları əvvəlcə 15, sonra isə 10 metr olub. Digər qərb tədqiqatçıları da əfsanəvi Lemuriyaya münasibətdə oxşar ehtimallar irəli sürüblər. Belə biri fikir vurğulanır ki, Lemuriya materikində baş verən zəlzələlər nəticəsində materik müxtəlif hissələrə parçalanıb. Nəticədə materikdə baş verən iqlim dəyişiklikləri insanların boyunun daha da azalmasına gətirib çıxarıb.

Yenə də bu ehtimalların nə dərəcədə doğru olub-olmadığını söyləmək çətindir. Bunu ancaq Yer kürəsində tapılan qədim insan qalıqları sübut edə bilər. Yeri gəlmişkən onu da deyək ki, əfsanəvi Lemuriyada nəhəng insanların yaşadığını 2006-cı ildə Səudiyyə Ərəbistanında tapılan və görənləri heyrətə salan insan qalıqları da sübut etməkdədir. Belə ki, burada aşkar edilən insan qalığının, boyunun uzunluğu 10 metr olub. Arxeoloqların və islam alimlərinin fikrincə, bu nəhəng insan qalıqları adı Qurani- Kərimdə də çəkilən əfsanəvi Ad qəbiləsinə aid ola bilər. Belə ki, günümüzə qədər gəlib çatan rəvayətlərə görə, Ad qəbiləsi insanları olduqca nəhəng, yüksək boylu və qeyri-adi gücə malik olan insanlar olublar. Onlar öz güclərinə o qədər arxayın imişlər ki, hətta Allaha qarşı belə çıxmağa başlayıblarmış. Nəticədə Allah Ad qəbiləsinə bəla göndərərək onları məhv edib. Qeyd edək ki, 1991- ci ildə Amerika arxeoloqları kosmosdan çəkilən şəkillərlə nəhəng skelet tapılan yerdə qədim şəhərin qalıqlarını aşkar ediblər. Yəni hələ nəhəng insan skeleti tapılmazdan əvvəl həmin yerdəki yaşayış məskənin məhz Ad qəbiləsinə məxsus olduğu ehtimalı mövcud idi. Əfsanəvi Lemuriyada nəhəng insanların yaşaması bardə günümüzə qədər gəlib çatan əfsanələr əsassız olmaya olmaya bilər. Nəhayət onu da deyək ki, Yer üzündə nəhəng insanların yaşadığı Lemuriya barədə məlumatlar qədim şumer əfsanələrində də öz əksini tapıb. Yəni bütün hallarda Yer üzündə nəhəng insanların yaşaması faktı təkzib edilə bilməz, sadəcə olaraq bunun təsdiqi üçün elmi sübutlar yetərli deyil.

Tədqiqatçıların fikrincə əfsanəvi Lemuriyada oksigen bolluğu, münbit torpaqlar və kalsiumla suların zəngin olması isə orada yaşayan insanların boyunun sürətlə inkişaf etməsinə gətirib çıxarmışdı. Bu baxımdan diqqəti Bibliyada Nuh Peyğəmbər barədə deyilənlər cəlb etdi. Bibliyada Yer kürəsini basan böyük su daşqından əvvəl boyları 5-7 metr olan insanların yaşadığı qeyd edilib. Yenə də Bibliyada Nuh peyğəmbərin boyunun da 5-6 metr olması bildirilir. Dünya müsəlmanlarının müqəddəs dini kitabı olan Qurani- Kərimdə də Nuh peyğəmbərin dövründə nəhəng insanların yaşaması barədə məlumat var. Amma böyük su daşqını nəticəsində nəhəng insanlar məhv oldular. Təbii ki, böyük su daşqınından sonra Yer kürəsində də iqlim dəyişiklikləri baş verdi, havada oksigenin, çaylarda kalsiumun miqdarı azaldı və nəticədə vaxtı ilə 5-7 metr hündürlüyü olan insanların yerini onlarla müqayisədə 2-3 metr az boya malik olan insanlar tutmağa başladılar. Halbuki onların dədə-babaları özlərindən azı 2-3 dəfə hündür idilər. Amma mühitin, iqlim şəraitinin dəyişməsi nəhəng insanlarında məhvinə yol açaraq onların yerində daha alçaqboylu insanların əmələ gəlməsinə səbəb olmuşdu. Sanki milyon illər sonra nəhəng insanlar da dinozavrların və digər nəhəng canlıların taleyini yaşayaraq özlərindən sonra cılız bir nəsil qoyaraq tarixə qovuşdular.

Əziz Mustafa

BIR CAVAB BURAXIN