Əfsanəvi altıaylıq pəhləvan İran şahını necə qəzəbləndirdi?

0
931


Bəziləri belə bir pəhləvanın olmadığını deyir. Lakin rəsmi mənbələrdə də Bakının Maştağa kəndində Əbdüləli adlı pəhləvanın bu cür adlandırılıb. Daha sonra onun adı demək olar ki,  tamamilə unudulub, hamı Əbdüləlini elə Altıaylıq pəhləvan kimi tanıyıb.
Bəziləri yanlışlıqla onun altıaylığında pəhləvanlığa başlamasını deyir və bununla da real insanı mifik qəhrəmana çevirirlər. Əlbəttə ki, altıaylıq çağa heç zaman pəhləvanlıq edə bilməz.
Əbdüləli sadəcə, anadan altı aylığında doğulduğu üçün belə bir ad qazanmışdı.
Moderator.az xəbər verir ki, onun uşaqlıqda  əvvəllər Maştağa kəndində, sonralar Bakıda – İçərişəhərdə məşq keçib. İçərişəhərdə böyük bir zorxana olub. O, pəhləvanlığın bütün sirlərini bu zorxanada öyrənib. Çox pəhləvanlarla güləşib, hamısının kürəyini yerə vurub.
1903-cü ildə bir neçə nəfər maştağalı ilə Kərbəla ziyarətindən qayıdarkən yolları Tehrandan düşür. Şəhərə xəbər yayılır ki, bəs şah sarayının qarşısında şahın məxsusi pəhləvanı pəhləvanlarla güləşəcəkdir. Ertəsi gün onlar tamaşaya gedirlər. Şahın pəhləvanı onunla güləşmiş beş pəhləvanın beşinin də kürəyini yerə vurub, sonra meydan qızışdırıb lovğalıqla camaata müraciət edir:
– Kim güləşmək istəyirsə, buyursun meydana. Bu meydan, bu da şeytan. Altıaylıq yoldaşlarına deyir:
– Bir şeytan deyir ki, soyun gir meydana, bu lovğanın cavabını ver.
Elə də edir. Güləş başlayır. Şahın pəhləvanı yenə lovğa-lovğa deyir:
– Bu saat payını alacaqsan. Şahın pəhləvanı çox güc vurur, ancaq dişi altıaylığa bata bilmir. Elə bu zaman Altıaylıq onu qolları üstə qaldırıb gumbultu ilə yerə vurur.
Şah qəzəblə deyir:
 – Bu olmadı. Təzədən güləşin. Təzədən güləşirlər. Bu dəfə də Altıaylıq onun kürəyini yerə vurur. Sonra üzünü şaha tərəf çevirib deyir:
– Şahım, bu dəfə də olmadı?
Şah onu alqışlayır və ona beş ədəd quru Yezd ənciri verir:
– Qoçaq, al ye. Qollarına qüvvə verər. Altıaylıq minnətdarlıq eləyib deyir:
– Şahım, mən üç yayı həmişə təzə əncir yemişəm.
Altıaylıq 63 yaşında ölür. Onu Maştağada dəfn edərkən axund Mir Qəni deyir:
– Camaat, 63 il ərzində onun kürəyini heç kəs yerə vura bilməyib. Təkcə Allahın əmri ilə Əzrail axır ki, onun kürəyini yerə vurdu.

BIR CAVAB BURAXIN