Ədalətli Qələbə

0
2099

Ədalətli Qələbə

27 sentyabr 2020-ci il tarixində başlanmış və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun Şanlı qələbəsi ilə başa çatdı. 30 illik həsrətə 44 gündə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu, milli qürurumuz özünə qaytarıldı. Azərbaycan Respublikası öz ərazi bütovlüyunu bərpa etdi. Ermənistana layiq olduqları cavab verildi. Azərbaycan xalqı öz tarixi və əzəli torpaqlarını işğaldan azad etdi. Nəinki Azərbaycan Ordusunun hərb tarixində, eləcə də bütün dünya ölkələrinin hərb tarixində yeni bir səhifə açıldı. Bu müharibənin dəhşəti Azərbaycan xalqını qətiyyən qorxutmadı. Əksinə, xalqımız “Dəmir yumruq” kimi Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin ətrafında six birləşdi, Ordumuza arxa durdu. Bu qələbə tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. İllər keçsə də bu tarixi qələbəni xalqımız iftixarla vərəqləyəcək.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Ağayev Ceyhun

BIR CAVAB BURAXIN