Ту-22М3 Murmansk səmasında qəzaya uğrayıb

0
311

Rusiyaya məxsus qırıcı-bombardmançı və raket daşıyıcı Ту-22М3 təyyarəsi Murmansk da qəzaya uğrayıb.

Arazinfo.com-un  TASS-a istinadən verdiyi xəbərə görə, Ту-22М3 Moskva vaxtı ilə saat 13.40-da Oleneqorsk hərbi hava limanına enmək istəyərkən idarəetməni itirərək yerə çırpılıb. Təyyarədə olan 4 nəfər ekipaj üzünün həlak olduğu ehtimal edilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı həyata keçirilir. Xatırladaq ki, bir neçə gün əvvəl Uzaq Şərqdə Rusiya hərbi hava qüvvələrinə məxsus iki Su-34 qırıcı bombardmançı təyyarəsi toqquşmuş və nəticədə iki pilot ölmüş, biri itkin düşmüşdü. Qəzadan yalnız bir nəfər sağ qurtara bilmişdi.