Əsəd ABŞ səfirinin üstünə niyə qışqırıb?

0
874
 

Suriyada vətəndaş müharibəsi başlayarkən ABŞ-ın bu ölkədə səfiri olmuş Robert Ford bir neçə il əvvəl Bəşər Əsədlə görüşü vaxtı yaşadığı təəssüratı bölüşüb.

Odatv-nin xəbərinə görə, səfir etiraf edib ki, Bəşər Əsəd digər ərəb liderlərindən çox fərqlənir: “Onunla söhbət edəndə çox təsirli ola bilir və ikili münasibətləri yaxşı qurur. Tanıdığım digər ərəb liderlərindən fərqlənir. Məsələn, Hüsnü Mübarək kimi ağır deyil. Daha təvazökardır və bu cəhətdən İordaniya kralı Abdullaha bənzəyir. Amma Əsədin xoşuna gəlməyən bir şey dedikdə sizə asanlıqla yalan danışa bilər. Mənə elə bir şey dedi ki, ikimiz də həmin informasiyanın yalan olduğunu bilirdik. Müharibə başlamazdan əvvəl ona insan haqları ilə bağlı məsələdən danışdım. Çox əsəbiləşdi və mənə qışqırdı. Dedi ki, ABŞ insan haqları ilə bağlı dərs alacağı son ölkə ola bilər”.(lent.az)

BIR CAVAB BURAXIN