Şənbə, İyun 19, 2021
Ev Xəbərlər Ərim indi də geyimimə nəzarət edir”

Ərim indi də geyimimə nəzarət edir”

0
442
"Ərim indi də geyimimə nəzarət edir" - 61 yaşlı xalq artisti

Xalq artisti, xanəndə Səkinə İsmayılova ARB TV-nin qonağı olub.

Arazinfo.com Axşam.-a istinadən xəbər verir ki, sənətkar qayınatasının ona bu sənətdə dəstək olduğunu bildirib:

“Bir müddət onun özündən də qadağalar gəlmək istəyirdi. Amma mən hər zaman deyirəm, bizim Bakı mühitində böyük nə deyirdisə o da olurdu. Mənim arxamda ən çox duran da qayınatam oldu və onun sözü keçdi”.

Xalq artisti deyib ki, ailəsində hər zaman yoldaşının sözü keçib:

“Bütün şoulardan uzaq idim. Mənim üçün əsas teatr idi. Bütün yaradıcılığımı, hər şeyimi səhnəyə, eyni zamanda ailəyə verdim. Ailəm olmasaydı, bu günüm də olmazdı. Onlar məni sevə-sevə yola salırdılar. Səhnədə uğurların olur, gül-çiçək alırsan, gəlib evdə onu almayanda insan üçün çətinlik törədir. Mən onlardan da müsbət enerji alırdım. Adamın özündən çox şey asılıdır. Bu gün də bizim ailədə axırıncı söz yoldaşımındır. O, nə dedi, odur. İndi mənim geyimimdə də onun nəzarəti var. Mən qızımla dost olmuşam, amma elə məqam olub ki, demişəm, atan nə deyir odur. Bir anlıq deyib ki, olmaz. Demişəm, olmaz, olmaz. Amma məqam keçib, özü başa düşüb ki, axı mən bunu düz demədim”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

7 + 3 =