Ərdoğan: Xarici güclərin terror tör-töküntülərindən istifadə edə biləcəyindən narahatıq

0
294

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD üzərində qəti qələbə qazanıldığını bəyan edib.

Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ərdoğanın Nyu-York Tayms üçün yazdığı məqaləsində deyilir. Türkiyə rəhbərinin fikrincə, Tramp vaxtında Suriyadan ABŞ qoşunlarının çıxarılması barədə qərar qəbul edib. Lakin Ərdoğan qeyd edib ki, Tramp ABŞ ordusunu Suriyadan çıxararkən bölgədəki müttəfiqlərinin maraqlarını da nəzərə almalı və onların təhlükəsizliyinə xələl gətirə biləcək  addımlar atmamalıdır: “Hərbi baxımdan İŞİD üzərində qələbə əldə edilib. Lakin biz bəzi xarici güclərin terror qruplaşmalarının tör-töküntülərindən ölkənin daxili işlərinə müdaxilə üçün istifadə edə biləcəyindən narahatıq”.