Ərdoğan Putindən Suriyaya qoşun yeritməsini istədi

0
691

Türkiyə Suriyada “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Rusiyadan və başqa ölkələrdən yerüstü hərbi dəstək istəyib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

“İŞİD-ə qarşı mübarizə üçün yaradılmış koalisiyada 65 dövlət təmsil olunur. Ancaq son 3 il ərzində onların hamısı bir dənə də olsun terror təşkilatını məğlub edə bilməyib. Çünki vahid strategiyaları olmayıb. Koalisiya bizə əməliyyatları aparmaqda havadan kömək edib və biz Rusiyadan və digər ölkələrdən xahiş etdik ki, bizə yerüstü əməliyyatların aparılmasında da dəstək versinlər”,- deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatında deyilir.

Nazir onu da əlavə edib ki, terrorçu təşkilatlara yalnız bu halda üstün gəlmək olar.

“Terrorçuların Türkiyədə törədikləri qanlı və böyük teraktlardan, eləcə də ərazilərimizi davamlı atəşə tutmalarından sonra biz “Fərat Qalxanı”əməliyyatına başladıq və sərhədləri bağladıq. Biz bunu təklikdə etmədik. Bizə havadan koalisiyanın aviasiyası kömək etdi. Amma biz əvvəlcədən də demişdik ki, problemi təkcə hava zərbələri ilə həll etmək olmaz”, – deyə Çavuşoğlu vurğulayıb.

O xatırladıb ki, “Suriyadakı terrorçulara qarşı yerüstü əməliyyatlarda hər cür kömək göstərməyə hazır olduğunu Ankara lap əvvəldən bəyan edib”.

Virtualaz.org

BIR CAVAB BURAXIN