Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
Mənbənin dediyinə görə, Ərdoğanı Moskvaya səfərdə Türkiyə xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik xidmətinin rəisi müşayiət edir. Bu da Ərdoğanın Moskvada olduqca ciddi danışıqlar aparmaq niyyətində olduğundan xəbər verir. Mənbənin bildirdiyinə görə, bir gün davam edəcək səfər çərçivəsində Ərdoğan Putinlə görüşündə Suriya problemini, o cümlədən ABŞ qoşunlarının bölgədən çıxarılmasından sonra regiondakı vəziyyəti, İdlib, Menbiçdə birgə hərəkət edilməsi, o cümlədən neytral zona yaradılması məsələsini müzakirə edəcək.