Ərdoğan məşhur media rəhbərini məhkəməyə verdi

0
575

Media rəhbəri Jan Böhmermanın “Ərdoğan şeiri”ni dəstəklədiyi üçün məhkəməyə verilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya və Avropanın ən böyük media qurumlarından biri olan “Axel Springer” konserninin rəhbəriMatias Döpfneri məhkəməyə verib. Ans press-in məlumatına görə, Ərdoğanın Almaniyadakı vəkili Ralf Höker Döpfnerin komediya ustası Jan Böhmermanın “Ərdoğan şeiri”nə dəstək verdiyi üçün məhkəməyə verildiyini açıqlayıb.

Döpfner ötən ay alman “Welt am Sonntag” qəzetində yayımlanan məktubunda komediya ustası Böhmermanna dəstək verdiyini və şeiri oxuyarkən qəh-qəhələrə qərq olduğunu bildirib.

Bir müddət əvvəl isə alman rejissor və prodüser Uve Boll Böhmermanının şeirinə dəstək verən açıqlama internetdə yayılıb. Ərdoğanın vəkillərinin bununla bağlı baş vurduğu məhkəmənin qərarı ilə Boll 250 min avro cərimə edilib.

Vəkil Höker internetdə yayımladığı video açıqlamada baş verənləri kəskin şəkildə pisləyib.

“Cənab Ərdoğan bir insandır və onun insanlıq qüruru toxunulmazdır”-deyə bildirib.
Yan Bemerman martın 31-də “Neo Magazin Royale” verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Depfner isə satirikə açıq məktub yazaraq səsləndirdiyi şeiri “müvəffəqiyyətli” hesab etdiyini bildirib və güldüyünü deyib. Depfner onu da qeyd edib ki, şeirdə səsləndirilən qısa fikirlərə və təhqirlərə qoşulur.

Bununla bağlı ötən ay Türkiyə Alamaniyaya nota verib. Türkiyə hökuməti Almaniyanın 2-ci kanalı ZDF-də söylədiyi şeirlə prezident Rəcəb Tayyib Ərdoğanı ələ salan Jan Böhmermann haqqında araşdırma başladılmasını tələb edib.

Türkiyənin Almaniyadakı səfirliyindən verilən məlumata görə, ötən ay bu ölkənin Xarici İşlər Nazirliyinə məsələ ilə bağlı nota verilib. Notada Jan Böhmermann haqqında alman qanunlarına uyğun olaraq cinayət işinin qaldırlması tələb edilib.

Almaniya kansleri Angela Merkel proqramın bəyənilməsindən aslı olmayaraq bunu şüurlu təhqir adlandırıb.

BIR CAVAB BURAXIN