Ərdoğan almaniyalı jurnalisti “casus” adlandırdı

0
664
 

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan həbs edilmiş türk əsilli alman jurnalisti Dəniz Yucelin Almaniyanın casusu olduğunu bildirib. “NTV” telekanalı xəbər verir ki, Türkiyənin dövlət başçısı jurnalistin aylarla Almaniya Federativ Respublikasının konsulluğunda gizləndiyini əlavə edib.

Qeyd edək ki, Dəniz Yucelin bazar ertəsi İstanbulda həbs edilməsi rəsmi Berlinlə Ankaranın münasibətlərində müəyyən gərginliyə səbəb olmuşdu. Almaniya kansleri Angela Merkel jurnalistin azad edilməsini tələb etmişdi.

Dəniz Yucel terror təşkilatına üzv olmaqda, məlumatların qanunsuz istifadəsində, habelə terrorçuluğun təbliğində şübhəli bilinir.

“O, PKK üzvü olmaqla yanaşı, alman casusudur və bir ay ərzində Almaniya konsulluğunda gizlənib. Bir ay onun bizə verilməsini tələb etdik ki, Dəniz Yuceli məhkəmə qarşısına çıxaraq. Lakin onu bizə vermədilər. Mən Merkelə dedim ki, biz nə vaxt terrorçuların təhvil verilməsini tələb ediriksə, siz özünüzün müstəqil və obyektiv məhkəmənizə istinad edirsiniz. Amma biz də öz məhkəməmizə etibar edirik. Sonra onu bizə verdilər və məhkəmə Dəniz Yucelin həbsi barədə qərar çıxardı”, – deyə Ərdoğan bildirib.

BIR CAVAB BURAXIN