Ərdoğan ABŞ-ın Suriyada müdafiə etdiyi qruplaşmalara hücum etməyəcəyini vəd edib

0
562

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampa söz verib ki, ABŞ qoşunlarını Suriyadan çıxarandan sonra Pentaqon tərəfindən dəstəklənən silahlı dəstələrə qarşı hər hansı hərbi əməliyyata baş vurmayacaq.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Maykl  Pompeo CNBC telekanalına müsahibəsində deyib. O bildirib ki, Ərdoğan ilə Tramp arasında əldə edilən razılığa görə, Ankara yalnız İŞİD-ə qarşı hərbi əməliyyatlara baş vuracaq və bölgədə ABŞ tərəfində döyüşən kürd silahlı qruplaşmalarına dəstək verəcək: “Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton  bu gün  Türkiyədə ölkə rəhbərliyi ilə danışıqlar aparacaq. Danışıqlarda əsas müzakirə hədəfi ABŞ qoşunlarının bölgədən çıxarılması və bundan sonra orada İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi olacaq.”