Ər-Riyad və Vaşinqton arasında milyardlıq hərbi müqavilə

0
606

Ər-Riyad və Vaşinqton arasında milyardlıq hərbi müqavilə

ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışı üzrə çoxmilyardlıq müqavilə imzalamağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müqaviləyə əsasən “Lockheed Martin” şirkətindən milyard dollar dəyərində raket əleyhinə THAAD sisteminin alınması nəzərtə tutulub. Bundan əlavə Barak Obamanın dövründə satışı dayandırılmış 11,5 milyardlıq 4 ədəd hərbi gəminin alınması danışıqlarının bərpa olunması da gözlənilir.

Pentaqon, Dövlət Departamenti və Səudiyyə Ərəbistanının ABŞ səfirliyi xəbərə heç bir şərh verməyib

BIR CAVAB BURAXIN