Ərəblər Bakıdakı mənzillərlə maraqlanırlar

0
614

Ərəb turistlərin Bakıya axını daşınmaz əmlak bazarına təsir edib. Hətta mənzil almaq istəyən ərəb turistlər də çoxalıb.

Fins.az xəbər verir ki, paytaxtda mənzil alqı-satqısı ilə məşğul olan rieltorlar da ərəblərin mənzil bazarına diqqət göstərdiklərini təsdiqləyirlər. Onların sözlərinə görə, ərəblər əsasən şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar.

“Ərəb turistlər əsasən kirayə evlərə maraq göstərirlər. Amma satışla, evlərin qiymətləri ilə də maraqlanırlar. Qiymətləri öz ölkələri ilə müqayisə edirlər. Hələki ev almayıblar, amma yəqin ki, yaxın aylarda ərəb turistlərin Bakıda ev alması müşahidə olunacaq»-deyə rieltorlar bildirir.

Rieltorlar deyirlər ki, əgər belə davam edərsə, mənzil bazarında xeyli canlanma müşahidə ediləcək və bu da öz növbəsində qiymətlərə təsir göstərəcək.

«Ərəblər kirayə mənzillər götürürlər, daşınmaz əmlakla tez-tez maraqlanırlar. Azərbaycanda mənzil almaq istəyirlər. Bununla bağlı çox müraciət olunur. Müraciət çox olarsa, əlbəttə ki, qiymətlərə təsir edəcək».

Bəs xarici vətəndaşların Azərbaycan ərazisində mənzil alması məsələsi qanunla necə tənzimlərnir?

Qeyd edək ki, Azəryancan qanunvericiliyində xarici vətəndaşların burada mənzil almasına heç bir məhdudiyyət yoxdur. Onlar çoxmənzilli binalardan mənzil ala bilərlər.

Ancaq torpaq qanunvericiliyinə görə, əcnəbi vətəndaşlara yalnız torpağa xüsusi mülkiyyət hissəsində qadağalar tətbiq edilir. Yəni, xaricilərə Azərbaycanda torpağa xüsusi mülkiyyət hüququ verilmir. Xarici vətəndaşlar Azərbaycan ərazisində torpaq üzərində xüsusi mülkiyyətə ancaq vərəsəlik hüququ olduqda sahib ola bilərlər.

BIR CAVAB BURAXIN