Ərəb turistlərindən rəzalət – Otelin hovuzunda böyük bayıra çıxdılar…

0
627
Paytaxt sakinlərinin əksəriyyəti son aylarda şəhərə axın edən ərəb turistlərdən gileylənir. Ərəb turistlərinin ən sadə mədəniyyət qaydalarına belə riayət etmədiklərini vurğulayırlar. Onların süfrə arxasında, dənizdə, otellərdə özlərini kobud apardıqlarını bildirirlər.
Turistlərin bu cür davranışlarından narazılıq edənlər arasında artıq ölkənin məşhur simaları da var.
Moderator.az xəbər verir ki, onlardan biri də ATV telekanalının aparıcısı Zaur Baxşəliyevdir. Z.Baxşəliyev bu barədə öz instaqram səhifəsində qeyd edib. Teleaparıcının statusunu olduğu kimi təqdim edirik:
“O gün otellərimizin birində 3 hadisənin şahidi oldum. Sözümə keçməzdən əvvəl onu deyim ki, qeyri neft sektoru olaraq ölkəyə gəlir gətirən sahələr sırasında turizm çox önəmli olduğu üçün ölkəmizə gələn turist artımına yalnız sevinirəm. Bu öz yerində, amma bu çəkdiyim videoda gördüyünüz ərəblər dünən yeyib içəndən sonra yemək yedikləri 3 masanın üstünə qusub batırdılar. Hər zaman qapı ağzında turist həsrəti ilə gözü yollarda qalan, səbrsizliklə qonaq yolu gözləyən ottel işçilərinin simasında “ilahi bunlar nə zaman gedəcək” sözləri açıq aydın yazılmışdı.
Qəbələdəki otellərə bələd olanlar bilir ki, otaqlarda elektrik çaynikləri olurdu. İndi onları yığışdırıblar. Niyə? Çünki, bizim müsəlman qardaşlarımız ərəblər bu çayniklərdə sudan başqa hər şey qaynadır (yumurta, sosiska, düyü). Otaqlarda çıxardıqları hoqqalar az deyilmiş kimi, biri bu gün girib otelin hovuzunda böyük bayıra çıxıb!
Ölkəyə gələn turistlər əgər pul ödəyirsə, bu, o demək deyil ki, masamıza qusub, hovuzumuza kakaşlayıb, çayniklərimizə peşo eləməlidirlər?!
P.S. Kiprdə inişil istirahətdə idim. Tanıdığım bir həmyerlimizin oteldə yaratdığı kiçik narahatlığa görə elə həmin gün oteldən çıxardılar. Geri dönüş biletini aldılar və Bakıya göndərdilər, adını isə həmin oteldə arzuolunmaz qonaq siyahısına saldılar! Əziyyət çəkib, müqavilələr imzalayıb qapı açırsan, bu da bunların mədəniyyəti!”
Qeyd edək ki, teleaparıcının paylaşdığı videoda güya rəqs edən sərxoş ərəb turistləri əcaib hərəkətləri ilə ətraf masalarda şam edənləri narahat edir.

BIR CAVAB BURAXIN