Ərəb şahzadələrin “girov-girov” oyunu

0
466

2 aydır ki, bahalı oteldə “mehmanxana məhbusu” edilmiş Səudiyyə Ərəbistanı milyarderi, şahzadə Əlvalid bin Təlalın səbir kasası daşır və o azad olunması üçün, deyəsən hakimiyyətlə danışıqlara razılıq verib.”The Independent” qəzetinin yazdığına görə, neftlə zəngin Səudiyyənin şahzadəsi Əlvalid bin Təlaldan azad olunması üçün milyardlarla dollarlıq sərvətindən keçməsi istənir.

Forbes jurnalının məlumatına görə, Əlvalidin sərvəti 17 milyard dollar civarında təxmin edilir. Ölkəsinin ən məşhur biznesmenlərindən biri olan şahzadə Kinhdom Holding şirkətinin sahibidir.

“O bir məbləğ təklif edib, amma bu məbləğ ondan istənən məbləğ qədər deyil və baş prokuror bu günə qədər bu təklifi qəbul etməyib” – deyib adının çəkilməsini istəməyən bir Səudiyyə rəsmisi.

Şahzadə Əlvalidin məsələsi ilə tanış başqa bir mənbə isə Reuters agentliyinə deyib ki, o, Səudiyyə hökumətinə “ianə” vermək istəyir. Bununsa mənası o deməkdir ki, Əlvalid heç bir korrupsiya və büdcə oğurluğu ittihamı ilə üzləşmək istəmir.

O həm də mülkiyyətindən nəyi verib, nəyi verməmək seçimini də özü etmək niyyətindədir.

Ötən ilin noyabrından bəri şahzadə Əlvalid də Səudiyyə Ərəbistanı siyasət və biznes elitasının onlarca başqa üzvü kimi Riyadın dəbdəbəli Ritz Carlton otelində faktiki olaraq həbsdə saxlanır. Onlara indiyədək yığdıqları sərvətdən keçib azadlığa çıxmaq təklif edilib.

Səudiyyə rəsmiləri bildirirlər ki, dövlət bu adamlardan onun xəzinəsindən oğurlanmış 100 milyard dollaradək pulun qaytarılmasını tələb edir.

Bu repressiyaya komanda verən vəliəhd şahzadə Məhəmməd bin Salman qarşıdurmanın tez bir zamanda bitməsini və bahalı oteldə məhbus edilənlərin yola gəlmələrini istəyir.

Şahzadə Əlvalidə qarşı çirkli pulların yuyullması, rüşvət və rəsmilərin reket edilməsi kimi ittihamlar irəli sürülüb. Nə onun özü, nə də şirkəti ona qarşı irəli sürülmüş ittihamlar barədə açıq bəyanat verməyib.Maraqlıdır ki, Reuters-in sorğularını cavabsız buraxan Kingdom Holding-in öz fəaliyyətini normal şəkildə davam etdirdiyi xəbər verilir.

Bu arada ölkənin tikinti nəhəngi Saudi Binladin Group bildirib ki, haklimiyyətlə razılaşmanın əldə edilməsi üçün mülkiyyətlərinin bir hissəsini dövlətə transfer etməyə hazırdır. Ritz Carlton otelinin dəbdəbəli zallarında “məhbus” olanların arasında qrupun sədri Bəkr bin Laden və bu ailənin bir neçə üzvü var.Bir vaxtlar Səudiyyə taxt-tacına sahiblənəcəyi gözlənilən şahzadə Miteb bin Abdullah-ın artıq əmisi oğlu ilə razılığa gəldiyi xəbər verilib. O sərvətinin 1 milyard dollarından keçdikdən sonra atasının qardaşı oğlu onu bahalı və dəbdəbəli “həbsxanadan” azad edib.

Crown Prince of Abu Dhabi Sheikh Mohammed bin Zayed al-Nahyan, November 2017

Qonaq çağırmışdı, həbs elədi…

Bu arada “The Telegraph” qəzeti ərəb dünyasında yer almaqda olduğu söylənən başqa bir şahzadə girovluğu böhranından bəhs edən məqalə dərc edib.

Bu böhran artıq 8 aydır ki, davam edən Körfəz-Qətər qarşıdurmasının fonunda baş verir.

Xəbər verilir ki, siyasət aləmində az tanınan Şeyx Abdullah bin Əli ət-Tani gözlənilmədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Qətər arasında davam edən böhranın ön səhnəsinə gəlib.

Bu şeyx nə qədər az tanınsa da, əmir ailəsində Qətər liderliyinə bəzilərinin fikrincə real namizədlərdən biri sayılır.

Məqalədə deyilir ki, indi şeyxin müraciəti yazılmış video dövriyyəyə buraxılıb. Bu videonu bir sıra ərəb telekanalları, o cümlədən Əl-Cəzirə yayınlayıblar.

Videoda şeyx kresloda əyləşib və kamerya baxaraq deyir ki, o başına bir iş gələcəyindən və bunun günahının Qətərin üstünə atıla biləcəyindən narahatdır.

Şeyx bu müraciətdə deyir: “Mən indi Abu Dabidəyəm. Burada Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın qonağı idim. Amma indi vəziyyət dəyişib. Məni saxlayıblar. Mən buradan elan edirəm ki, Qətər xalqı günahsızdır”.

Şeyx daha sonra viodeoda deyir ki, başına bir iş gəlsə, bunun üçün məsuliyyəti şəxsən şeyx Məhəmməd daşıyır.

Bu videonun xalis olduğu təsdiq edilməyib, Əmirliklər isə şərh verməkdən boyun qaçırır.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə diplomatik münasibətlərini ötən iyunda kəsiblər. Onlar Dohanı islamçı ekstremistlərə dəstəkdə və ərəblərin regional rəqibi olan İranla sıx əlaqələrdə ittiham edirlər. Doha bu ittihamları rədd edir.

Bu videoya reaksiya olaraq Qətər Xarici İşlər Nazirliyinin sözçüsü, xanım Lulva əl-Xater deyib ki, Doha vəziyyəti diqqətlə monitorinq edir.

“Qətər dövləti situasiyanı yaxından izləyir, lakin BƏƏ ilə bütün diplomatik münasibətlər kəsildiyindən situasiyaya tam aydınlıq gətirmək hələki mümkün olmayıb” xanım əl-Xater deyib.bbc.com\azeri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen − 2 =