Əliyar Ağayev erməni futbolçunu cəzalandırdı

0
622

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz L qrupun keçirilmiş “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) qarşılaşmasında əsas söz sahibi olub.

 

İspaniyalıların 6:0 hesablı darmadağını ilə başa çatan görüşdə Villian Xose pokerlə yadda qalıb.

 

Əliyar Ağayev matçboyu sadəcə bir dəfə “əlini cibinə atmalı” olub. O, “Vardar”ın heyətində çıxış edən Ermənistan millisinin üzvü Hovahanes Hambardzumyanı sarı vərəqə ilə cəzalandırıb.

 

Qeyd edək ki, sözügedən oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetiriblət. Dördüncü hakim qismində isə Mübariz Haşımov təmsil olunub.

BIR CAVAB BURAXIN