“Əkiz qardaşlarla görüşürəm, amma ikisi də xəbərsizdir…”

0
666
“Bir qorxaq kimi davranırdım, amma edəcəyimi etməkdən də geri qalmırdım…”

İngiltərədə yaşayan 20 yaşlı gənc qızın etirafı sosial medianı bir-birinə qatıb.
Adı açıqlanmayan qadın, əkiz qardaşlarla əlaqə yaşadığını, səhər günorta və axşam vaxtı birlikdə olduğunu və bundan ikisinin də xəbəri olmadığını bildirib.
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, əkiz qardaşlarla tanış olon gənc qız hekayəsini belə danışır:
 “22 yaşlı əkizlər, hər nə qədər əkiz qardaşlar olsalar da obraz olaraq bir-birindən çox fərqlidirlər, fikirləri, quruluşları və hadisələrə baxışları tamamilə fərqlidir. İşdən fürsət tapdığım vaxtlarda qaçış klubuna gedirəm. Əkizlərdən biri ilə də tam olaraq orada tanış oldum. Olduqca kübar və dostyana birinə bənzəyirdi. Yağışlı bir gündə məni evimə aparmağı təklif etdi. Maşınında bir az oturub söhbət etmək imkanımız da oldu. Gələn həftə yenidən mənimlə görüşmək üçün şam yeməyinə gəlməyimi istədi. Bir az zaman keçdikdən sonra evimə gəldik və sevişdik. Daha tez-tez görüşməyə başladıq. Tanışlığımızdan 2 həftə sonra işinə geri qayıtdı. Sonradan öyrəndim ki, bir əkiz qardaşı da var. Bir əkizi olduğunu dedi, aralarındakı yeganə fərq isə digərinin saçlarından bir az uzun olmasıdır.
Digər qardaşı isə ilki qədər təcrübəli deyil, amma hələ də ikisi ilə də görüşürəm.
Digəri ilə hovuzda tanış oldum. İş fasiləsində yanıma gəldi. Mənən harada yaşadığımı soruşdu. Mən də Ora gedirdim onsuz da, göstərərəm” – dedim. Bir yerdə oturduq və danışmağa başladıq. Qardaşından daha ecazkar bir gülümsəməsi vardı. Qəhvə içdik, söhbət etdik. Qardaşı ilə görüşdüyümü ona danışmadım. Sonra adımı soruşdu və “facebook”dan məni dostları sırasına əlavə etdi və daha sonra mesajlar yazmağa başladı. Bir gün mənə axşam yeməyinə çıxmağı təklif etdi. Yemək yeyən zaman qardaşından da danışıdı: “Bir-birimizi çox görmürük. İşdən sonra hamı sevgilisi ilə görüşür dedi “. Bir qorxaq kimi davranırdım, amma edəcəyimi etməkdən də geri qalmırdım. Yeməkdən sonra evimə dəvət etdim və onunla da sevişdim.
Çox təcrübəli deyildi ancaq yenə də yaxşı zaman keçirtdik. Ona qarşı da hisslərim yaranmağa başladı və bu vəziyyət məni həqiqətən iki qardaş arasında qoyub…”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 + eleven =