Əcnəbilərin İslam dininə aid ayinlər aparmalarına qadağa qoyulur

0
349

Azərbaycanda əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin İslam dininə aid ayin və mərasimləri aparılmalarına qadağan qoyulması təklif edilir.
“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr edilməsi təklifi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə 2 min manatdan 5 min manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunması nəzərdə tutulur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 − 3 =