Əcnəbi və vətəndaşlığı olmayan şəxslər İslama aid ayin və mərasimləri idarə edə bilməyəcəklər

0
611

Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparılması qadağan edilir və buna görə cəza tətbiq olunur.

 

Bununla bağlı Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr təklif edilir.

 

Əlavəyə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə, 2 000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

 

Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

APA.az

BIR CAVAB BURAXIN