ZİYADXAN ƏLİYEVDƏN MAY GÜLÜŞÜ

0
496

 

Arazinfo.com tanınmış sənətşünas  Ziyadxan Əliyevin may gülüşlərini oxucularına təqdim edir:

RƏSUL RZANI MONA LİZAYA

OXŞADAN TƏLƏBƏ

Sovet dönəmində Azərbaycan Pedaqoji İnstitutunda işləyib rüşvət almayan müəllimə birtəhər baxardılar. Belə ki, bu ali təhsil ocağı paytaxtdakı bir-neçə aparıcı rüşvət yuvasından biri sayılırdı. Ancaq o vaxtlar burada kafedra müdiri vəzifəsində çalışan sənətşünas Paşa Hacıyev bu mənada istisna idi. Sənət məsələlərində prinsipiallığı ilə seçilən Paşa müəllimi rüşvət alanlar sırasında görmək sadəcə ağlabatan deyildi. Bununla belə o da zamanın təzadlı axarında və “ətraf mühit”in təsiri altında gözünü tələbə cibinə dikməli oldu, özü də “rüşvət kodeksi”ni pozmaqla… Belə ki, o, aldığını heç kəslə paylaşmırdı. Odur ki, sənətşünasın bu cür davranışı heç kimin ürəyincə deyildi. Buna görə də baş verənlərdən nəticə çıxaran bədxahları onu cəzalandırmağa qərar verirlər. Onlar sənətşünasın hansısa bir qrupda keçiriləcək imtahanında iştirak etməklə, onun rüşvət aldığı tələbələrə yüksək qiymət verməsinə mane olmaq istəyirlər. O dövrdə Paşa müəllim institutda yaxşı bir “İncəsənət kabineti” yaradıbmış. Kabinetin divarlarında dünya, rus və Azərbaycan rəssamlarının məşhur tablolarının rəngli reproduksiyaları asılmışdı. İmtahanın gedişində sənətşünas-müəllim biletin suallarına cavab verməkdə çətinlik çəkən tələbəni vəziyyətdən çıxarmaq üçün deyir: “Hə, qızım, get o divarda bizə “Mona Liza”nın şəklini göstər!”. Gözünə döndüyümüz tələbə də dünyanın az qala ən məşhur tablosunu ilk dəfə görürmüş kimi gedib əlini qoyur düz… Tahir Salahovun “Rəsul Rzanın portreti” əsərinin üzərinə!? Paşa müəllimin imtahanı diqqətlə izləyən bədxahları da tələbənin hərəkətinə ürəkdən gülürlər. Təbii ki, sənətşünas da pərt olur. Odur ki, hirsini güclə boğan Paşa müəllim deyir: “Ağəz, Mona Lizanı tanımırsan, lap cəhənnəmə tanı! Heç olmasa Rəsul Rzanı tanı! Axı o ki, özümüzünküdür!” Onun bu sözünə hamı gülür, elə sənətşünasın özü də…

SALYANLI OLMAĞIN GÜNAHI

Yaddaqalan əməlləri ilə Azərbaycan tarixində silinməz iz buraxan, milli Azərbaycan bayrağının ideya müəllifi olan Əli bəy Hüseynzadə həm də yaxşı rəssam idi. XX əsrin ilk illərində yaratdığı tablolarla Azərbaycan realist-gerçəkçi rəssamlığının banisi olduğunu təsdiqləyən Əli bəy Peterburq Universitetində təhsil olarkən bir evdə kirayəşin yaşayırmış. Bir səhər qapının zəngi çalınır və ev yiyəsi bu erkən çağı onları kimin narahat etdiyini öy¬rən¬mə¬yə gedir. Bir sonra geri qayıdan qadın Əli bəy müraciətlə: “Əli bəy, bir adam sizi istəyirlər. Deyir ki, Salyan¬dan gəlmişəm!”. “Salyan” sözünü eşidən Əli bəy özü-nəməxsus ciddiliklə “Adə, mən yuxudan qalxanda güzgüyə bAxmıram ki, salyanlı üzü görməyim. Bu da durub səhər tezdən öz ayağı ilə bura təşrif gətirib!” – deyir…

SƏTTARIN YUBİLEYİ

Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 60 illiyi münasibətilə onun yaşadığı Lenin rayonunun partiya rəhbəri olan Elxan Kərimov yaxşı bir məclis təşkil edir. Məclisin təyin olunduğu vaxtda hamı süfrə ətrafına toplaşsa da səbəbkarın özü görünmür. Ən azı bir saata qədər onu gözləyəndən sonra Elxan müəllim çarəsiz qalıb məclisin başlanmasına işarə verir. Camaatın yaxşı yeyib-içdiyi, sağlıqlar deyildiyi bir məqamda rəssam məclisin keçirildiyi zala daxil olur. Onu qəfildən yemək-içməklə dolu mizin yuxarı başında görən məclis iştirakçıları bir anlığa dayanır, onun nə deyəcəyini gözləyirlər. Məclisin onsuz başlanması isə nədənsə yubilyara xoş gəlmir. Odur ki, o, əl atır süfrəyə. Nəfis saçaqlı süfrəni qəfil hərəkətlə özünə tərəf çəkən Səttar onun üstündəkilərin hamısını yerə tökür və deyir: “Mənsiz başlanan məclisin axırı belə olmalıdır!”…

RƏSSAM “MƏSLƏHƏTİ”

Sovet dönəmində yaxşı pul qazanmağa imkan verən Bədii kombinata yol tapa bilməyən rəssamlardan biri məcbur olub evləri bəzəməklə məşğul imiş. Günlərin birində o, sahibi çox zövqsüz olan bir evdə işləməli olur. O, hər dəfə hansısa otağa rəng seçib qurtaranda ev sahibi gəlib onu dəyişdirərmiş. Növbə yataq otağının tavanını bəzəməyə çatanda rəssam ev sahibinin növbəti etirazını qəbul etməyib deyir: “Tavanın rəngini seçmək sənlik deyil. Sən get arvadını çağır, belə ki, tavanı səndən çox o, seyr etməli olacaqdır!”…

TUT YEMƏK MƏDƏNİYYƏTİ

Yay aylarında Şuşada tutun təzəcə dəyən vaxtı imiş. Xan qızı pəncərədən balaca səbətlərdə tut satan kəndli qızlarını görüb, tut almaq məqsədi ilə onları evə dəvət edir. Kəndli qızları Xurşudbanunun dəvətini məmnuniyyətlə yerinə yetirib tutu onun qapısına aparır və ev sahibinin bütün hərəkət və davranışını diqqətlə izləyirlər. Xan qızı seçdiyi tut səbətini alıb içəri aparanda, dözməyib qapının dalında onun üstündən bir ovuc götürüb yeyir. Sonra tutu boşqaba töküb, kəndli qızların gözü qabağında iynə ilə götürüb bir-bir ağzına qoyur. Qızların onun tut yeməsinə heyran-heyran baxdıqlarını görən Xan qızı sual verir.
– Qızlar, sizlərdə də tutu iynə ilə yeyirlər?
Qızlardan bir diribaşı dərhal cavab verir:
– Xeyr, bəyim, bizlərdə tutu bayaq siz qapının arxasında yediyiniz kimi yeyirlər.

ZİYADXAN ƏLİYEV
“Sənətşünasığın təbliği” ictimai birliyinin sədri

Görüntünün olası içeriği: 1 kişi, oturuyor
Görüntünün olası içeriği: 1 kişi
Görüntünün olası içeriği: 1 kişi, açık hava
Görüntünün olası içeriği: 1 kişi, ayakkabılar, çocuk, ağaç ve açık hava
Görüntünün olası içeriği: 1 kişi, sakal ve iç mekan
+4
BeğenDaha fazla ifade göster

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nine + 7 =