Ziya Məmmədov, Hafiz Məmmədov və Acunun… təyyarələri

0
76

Martın 11-də Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçan “Challenger 604” təyyarəsinin İranında qəzaya uğraması xəbəri Azərbaycan mediasında da gündəm mövzulardan birinə çevrilib. Xatırladaq ki, təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hamı həlak olub.

Musavat.com xəbər verir ki, “Challenger- 604” Kanadanın “Bombardier Business Aircraft” şirkəti tərəfindən hazırlanır. Təyyarə orta və uzun müddətli uçuşlar üçün nəzərdə tutulub. “Challenger 604” ün CF-34-3A adlanan ilk modeli 1994-cü ilin sentyabrında hazırlanıb, ilk uçuşu isə modernləşdirilmiş CF-34-3B mühərriki ilə 1995-ci ilin martında edilib. Təyyarənin ilk xarici sifarişləri 1996-cı ilin yanvarında başlayıb. Təyyarə hazırda 45 ölkədə istifadə üçün sertifikat alıb.

Təyyarənin maksimal sürəti 870 км/saatdır. 7 min 500 kilometr məsafəyədək uçmaq gücündə olan təyyarə 16 sərnişin üçün nəzərdə tutulub. “Challenger-604” elit və biznes dairələrində ideal və təhlükəsiz təyyarə kimi tanınır.

Təyyarənin bortu ən müasir audio və video əlaqə ilə təchiz edilib. Uçuş zamanı sərnişin təyyarənin yük yerinə maneəsiz girib-çıxa və istədiyi əşyanı və ya geyimi ala bilər. Bundan əlavə, təyyarədə “Ultra Electronics” şirkəti tərəfindən xüsusi olaraq qurulmuş sistem uçuş zamanı səsi vibrasiya səviyyəsinə endirir ki, bu da əlavə komfort hesab olunur.

Image result for hafiz məmmədov

Azərbaycanda bu modul təyyarələr olduğu haqda zaman-zaman xəbərlər yayılıb. Məsələn, iddia olunur ki, sabiq vergilər naziri Fazil Məmmədov hələ bir neçə il əvvəl özünə “Challenger 604” modelinə yaxın olan “Qolfstrim” tipli təyyarə alıb. Bildirilirdi ki, hələ nazir işlədiyi dövrdə F. Məmmədov təyyarəsini ölkədə fəaliyyət göstərən banklardan birində kredit qarşılığında girov qoyub.
İşdən çıxarıldıqdan sonra isə həmin kreditin qaytarılmasında problemlər yaranıb.

Təyyarə almaq istədiyini gizlətməyən iş adamlarından biri də “Hafka” kimi tanınan Hafiz Məmmədov idi. “Hafka” “Falcon” tipli reaktiv biznes-jeti “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovdan almaq üçün razılaşmışdı.

2009-cu ildə “Hafka” 24 milyona satılan təyyarə üçün 8 milyon avro ödəyib. “Mən yerdə qalan 16 milyonla Mübariz Mənsimovun İsveçrə bankındakı borcunu bağlamalı idim. Səkkiz milyon ödədikdən sonra bəzi problemlər baş verdi. Mən biznes adamı olaraq problemlərimin yarandığını gördüm. Sonra biz razılaşdıq ki, onlar mənim ödədiyim pulu geri qaytarsınlar. Əvəzində isə mən təyyarəni geri verdim. Təyyarəni isə səhv etmirəmsə, 2013-cü ilin iyununda başqa bir şirkətə satıb İsveçrə bankına olan borclarını ödəyiblər” deyə, “Hafka” yerli mediaya bildirmişdi.

Image result for ziya məmmədov

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun da şəxsi təyyarəsi olduğu barədə xəbərlər var. İddia olunur ki, Məmmədovlara məxsus “Qolfstrim” markalı şəxsi təyyarə 2012-ci ilin yayında alınıb. İşdən çıxarılandan sonra isə şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib.

Image result for acun və təyyarəsi

Türkiyənin tanınmış TV 8 telekanalının rəhbəri, məşhur aparıcı Acun İlıcalının da şəxsi təyyarəsi “Challenger 605” modelidir. Yarışmanın çəkilişləri üçün tez-tez Dominikana gedən Acunun təyyarəsinin dəyəri 9 milyon avrodur.

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın müsadirə edilmiş təyyarəsi “Challenger 300” modeldir.

Orxan, Musavat.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here