«ZEYNƏB HEYDƏR ƏLİYEVƏ NAXƏLƏFLİK ETDİ…» – Floradan yeni şok ittihamlar

0
714

Xalq artisti Flora Kərimova SSRİ Xalq artisti Zeynəb Xanlarova haqqında yenidən ağır ittihamlar səsləndirib. Big.az-a danışan Flora Kərimova bildirib ki, Zeynəb Xanlarovanı nə sənətkar, nə də siyasətçi kimi qəbul etmir:

“Saytdan zəng gəlmişdi, müsahibə istəyirdilər. Səhhətim yaxşı deyildi deyə, razı olmurdum. Sonra hörmətli bir şəxs zəng elədi, xahiş etdi deyə, mən də razılaşdım. Jurnalistləri gətirib, gəldi bizim bağa … Söhbətə başladıq. Bu aləmdə olan insanların etibarsızlığından söhbət düşdü. Zeynəb Xanlarovadan danışdıq. Amma mən bunu müsahibə üçün demədim, yəni etibar edib, aramızda söhbətləşdik. Məlumat mətbuata yayılıb, mən dediyimi inkar etmirəm. Zeynəb Xanlarovanın sənəti, səsi yoxdu. Bəli mən indi də təsdiq edirəm, hansı bir konserti izləsəniz görərsiniz ki, Zeynəb Xanlarova “xoruz” buraxırdı, xoruzsuz keçinmirdi. Zeynəb Xanlarova şuxluqdan başqa səhnəyə heç bir şey gətirmədi. Əlavə edirəm o səhnəyə mədəniyyət gətirə bilmədi!

Zeynəb Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı”.

Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan … Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi… O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə Z. Xanlarovanın çörəyi dizi üstündədir”.

Flora Kərimova iddia edir ki, Zeynəb Xanlarova dəfələrlə onu təhdid edib:

“Məni təhdid etdirirdi. Ərinə ona buna zəng elətdirirdi… Axırda bezdim, dedim ki, mən ər çörəyi yeyirəm. Heç kəs məni qorxuda bilməz bu həyatda … Bizim onla ədavətimiz onun ikiüzlüyündən sonra başladı. Onun mənə qarşı səhvi bir olmayıb, iki olmayıb, çox olub. Onu nə müğənni, nə də millət vəkili olaraq qəbul etmirəm. O siyasətçi ola bilməz”.

Qeyd edək ki, Zeynəb Xanlarova, hələ ki, həmkarının bu ittihamlarını cavablandırmayıb.

***

“O müğənni olmasına görə Ələkbər Tağıyevə borcludur”

flora

“Zeyəb Xanlarovanın sənəti, səsi varmı ki, oxusun? Sənətdə olmasına görə o, Ələkbər Tağıyevə borcludur”.

Bu sözləri Bizimyol.info-ya açıqlamasında xalq artisti Flora Kərimova deyib. O, müğənni həmkarı, xalq artisti Zeynəb Xanlarova ilə münasibətlərindən danışarkən eyni zamanda bildirib ki, SSRİ xalq artistliyinə namizədlər arasında Zeynəb Xanlarovanın yox, başqa adamların adı var idi. “Sadəcə o elə şeylər etdi ki, vəziyyət onun xeyrinə dəyişdi. Ona çörəyi verən verib. Zeynəb Xanlarova hələ də o çörəyi yeyir”.

Flora Kərimova deyir ki, illər öncə onu aşağılayıb təhqir etmək istəyənlər arasında Zeynəb Xanlarova da var idi. “Camaatı öyrədib zəng elətdirirdi mənə. Məni təhqir edirdi onun adamları. İlhamə də bu yolu ondan öyrənmişdi”.

BIR CAVAB BURAXIN