Zaqatalada həyəcan: İlan kənd sakinlərini təşvişə saldı

0
560

11

Zaqatalada maraqlı hadisə baş verib.

İlin bu fəslində qış yuxusuna getməli olmasına baxmayaraq 1.5 metrdən çox uzunluğu olan ilan rayonun Yuxarı Çardaqlar kənd sakinlərini təşvişə salıb.

İtburnu yığmaq üçün dağa çıxan kənd sakinləri qəfildən dağın ətəyində ilanla rastlaşıblar. Sakinlər köməkləşərək çətinliklə də olsa, daş və paya ilə ilanı öldürüblər. Onların dediyinə görə, ilin bu fəslində ilanın görünməsi nadir haldır. Sakinləri təəccübləndirən isə belə şaxtalı havada ilanın aktiv olması, həm də onlara hücüm etməsidir.

Öldürülən ilanın diametri təxminən 40 sm, uzunluğu isə 1.5 metrdən çox olub. Maraqlısı da odur ki, ilanın öldürüldüyü yer kənd evlərindən cəmi 100 metr aralıdır. (arb)

BIR CAVAB BURAXIN