Zərrab həbsxanaya qadın gətirmək istəyib

0
562

Rza Zərrab Nyu Yorkda həbsxanada qaldığı müddətdə nəzarətçilərə rüşvət verərək içəri içki, narkotik maddə, ərzaq gətirməyi bacarıb və qadın gətirməyə cəhd göstərib.

Axar.az xəbər verir ki, bu sözləri “Xalqbank”ın direktor müavini Məhməd Hakan Atillanın vəkili Viktor Rokko söyləyib. O bildirib ki, R.Zərrab Atilladan həbsdən qaçmaq üçün vasitə kimi istifadə etməyə çalışır.

Vəkil həmçinin Zərrabın türkiyəli siyasətçilərə milyonlarla dollar rüşvət verərək işini gördüyünü bildirib.

Xatırladaq ki, Zərrab bundan öncə haqqındakı bütün ittihamları qəbul edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab ötən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı tətbiq edilən sanksiyaları pozmaq ittihamı ilə həbs olunub.

BIR CAVAB BURAXIN