Yuxu gördü, ərini ölümdən qurtardı

0
668

Türkiyədə noyabr ayının 1-də “M/V Bilal Bal” adlı gəminin batmasının səbəbləri hələ məlum olmasa da, gəminin heyətində olan Sabri Yıldırımın həyat yoldaşının gördüyü yuxu sayəsində sağ qaldığı bəlli olub.

Arazinfo Axar.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” informasiya yayıb.

Məlumata görə, Yıldırımın həyat yoldaşı 28 oktyabr günü ona zəng edərək yuxusunda gəminin batdığını və insanların fəryadını eşitdiyini bildirib. Bundan 3 gün sonra isə hamilə həyat yoldaşının səhhətinin pisləşməsi səbəbi ilə Sabri Yıldırım gəmini tərk edərək evinə yollanıb. Noyabrın 1-də gəminin batması və heyət üzvlərinin əksər hissəsinin öldüyü xəbərini alan Yıldırım qəzadan həyat yoldaşının yuxusu sayəsində xilas olduğunu qeyd edib.

Xatırladaq ki, noyabr ayında Türkiyənin Şilə bölgəsi sahillərində sulara qərq olan gəminin 9 nəfərlik şəxsi həyətindən, Sabri Yıldırımla bərabər, daha 2 nəfər sağ qalmışdı.

BIR CAVAB BURAXIN