“Yuventus” İsko ilə yarımmüdafiəni gücləndirmək istəyir

0
134

 

Turinin “Yuventus” futbol klubu  yarımmüdafiəni gücləndirmək üçün Madridin “Real” komandasının hücumçusu İskonu transfer etmək niyyətindəfir .

Mediainfo.az-ın İtaliyanın “Tuttasport” qəzetinə istinadən verdiyi məlumata görə, İsko özü də “Real”da oynamaq istəmir. Buna səbəb isə madridlilərin yeni baş məşqçisi Solarinın İskonu əsas heyətdə nadir hallarda oynatmasıdır. Bundan əlavə Solari ilə İskonun şəxsi münasibətləri də yaxşı deyil. Qeyd edək ki, İskonun transferi məsələsi İngiltərənin bir-sıra məşhur klublarının, o cümlədən “Mançester Siti”nin də gündəmindədir.