“Yuventus” “Atletiko”nun futbolçusuna “elçi” düşdü

0
8

Madrid “Atletiko”sunun müdafiəçisi Filipe Luis karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, “Yuventus” braziliyalı futbolçunun xidmətində maraqlıdı.

 

Luisin meneceri Jorje Mendeşin ötən həftə “Real” ilə cavab görüşü ərəfəsində Madriddə “Yuventus” rəsmiləri ilə görüşdüyü bildirilir.

 

Cari mövsümdə La Liqada 17 oyunda meydana çıxan Filipe Luis 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here