Yerevanda müxalifətin nümayişi dağıdıldı

0
526

Nork xəstəxanasında polis əməkdaşları Yerevan Şəhər Şurasının üzvü Davit Sanasaryanı döyüblər.

* * *

Mitinq zamanı “İrs” partiyasından millət vəkili Armen Martirosyan da həbs olunub.

Şahidlərin sözlərinə görə, həbsdən əvvəl deputatı polis generalı Levon Yeranosyan şəxsən döyüb.

*   *   *01:24

Yerevanda polis müxalifətin nümayişini dağıdıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, hadisə vaxtı azı 30 nəfər xəsarət alıb, təxminən 50 nəfər isə saxlanılıb.

Bundan sonra Yerevanın küçələri polisin gücləndirilmiş dəstələri ilə mühasirəyə alınıb.

*   *   *00:20

Sari Tag rayonunda küçə döyüşləri davam edir. Yanğın onlarla evi əhatəsinə alıb, yaralı axını dayanmaq bilmir.

Son məlumatlara görə, yaralılar arasında jurnalistlər də var.

*   *   *23:56

Yerevan xəstəxanalarına çoxlu sayda yaralılar gətirilir.

Nork rayonundakı xəstəxanaya da onlarla yaralı gətirilib. Onların gözləri ovulub, əlləri və ayaqları qançır olub, bədənlərində yanıq izləri var.

**

Ələ keçirilmiş polis alayının arxa hissəsində yerləşən Sari Tax rayonunda döyüş gedir, evlər yanır, yaralıların sayı artıq onlarla hesablanır.

Eyni zamanda, qiyamçılar arasında da çoxlu yaralının olduğu bildirilir. Bu isə belə düşünməyə əsas verir ki, polis qiyamçılara doğrudan da hücum edib. .

* * *

Nümayişçilərlə polis arasındakı qarşıdurma yerinə bir neçə yanğınsöndürmə maşını gətirilib və dərhal onlara polislər sırasından gözətçilər ayrılıb.

Polis alayının zəbt olunmuş ərazisinə bir neçə təcili yardım maşınının yan aldığı da diqqətdən yayınmayıb.

*   *   *23:33

Yerevanda qiyamçıların ələ keçirdiyi polis şöbəsi ətrafında döyüşlər davam edir. Polislərdən də yaralananlar var.

* * *

Polis nümayişçilərə qarşı hücuma başlayıb. Kütləvi həbslər gedir.

Son məlumatlara görə, 70 nümayişçi saxlanılıb.

* * *

Etirazçı izdiham arasında mülki geyimli polislər də olub. Onlar qəfildən paltarlarının altında gizlətdikləri dəyənəkləri çıxararaq etirazçıları döyməyə başlayıblar.

Amma polisə bu da kömək etməyib və onlar köməyə xüsusi təyinatlıları çağırıblar.

Yerevanın polis rəisi dağılışmaq üçün etirazçılara 5 dəqiqə vaxt verib. Buna cavab olaraq, Zarui Postancyan onlara analoji təklif verib.

Bütün bu müddət ərzində ərazidə atəş səsləri dayanmayıb.

*   *   *22:40

Etirazçılar Xorenatsi küçəsinə sıxılmış polisi faktiki olaraq mühasirəyə alıb.

Hakimiyyət qüvvələrinə, bir neçə gün əvvəl üsyançıların girov götürdükləri Yerevan polisi rəisinin müavini, polkovnik Osipyan rəhbərlik edir.

Son məlumatlara görə, polis nümayişçilərə rezin güllə və səs qumbaraları ilə atəş açıb. Yaralılar var.

**

Polis Xorenatsi küçəsinə tələsik daha dörd avtobus çıxardı.

Üsyançılar tərəfindən ələ keçirilən polis bölməsinə hücum başlanacağı barədə xəbərlər gəlir. Döyüş gedir.

* * *

Polislə etirazçılar arasında toqquşma yaşandığı yerdə silah səsləri eşidilir.

Bundan başqa daha üç partlayış eşidildi. Böyük ehtimalla səs qumbaraları partladılıb.

Polis öz səddini ön hissədən çıxardı və nümayişçilərin arxa tərəfdən irəliləmək istədiyi yerdə yerləşdirdi.

*   *   *22:14

Yerevanda polis və etirazçılar arasında qarşıdurma baş verib.

Qarşıdurma Sarita rayonu ərazisində, əhalinin 19 iyulda polisə “Molotov kokteyli” atdığı sahədə basş verib.

İnsanlar silahlı qrupun yaralı lideri Pavlik Manukyanı nəzərdə tutaraq “Pavlik! Pavlik!” qışqırırlar.

* * *

Yerevanda kütləvi etirazların başlamasından bu yana polis ilk dəfə olaraq etirazçıları tam gücü ilə qarşılamağa hazırlaşır.

Onlar qalxan, dəbilqə və güllə keçirməyən gödəkcələrlə təchiz olunublar. Bundan əlavə, polisin həddən artıq çox olması da diqqəti cəlb edir.

Hiss olunur ki, təhlükəsizlik qüvvələri mitinqi mütləq dağıtmaqda israrlıdırlar.

**

Polis Yerevanın mərkəzində təntənəli yürüşün qarşısını kəsməyə çalışdı, lakin asayiş keşikçiləri ilə qısa söz atışmasından sonra mitinq edənlər məcburi buraxıldılar. Hazırda mitinqçilərin sayı artıq 3 mini keçir. Eyni zamanda, Xorenatsi küçəsində mitinqçiləri qarşılamağa hazırlaşan böyük miqdarda polis müşahidə olunur.

Vahan Martirosyan

Virtualaz.org-un xüsusi müxbiri

BIR CAVAB BURAXIN