Yer kürəsinə yeni hücum

0
524

“Planetimizə bəşəriyyətin təsiri o qədər böyük olub ki, bu yeni geoloji dövrün hücumuna gətirib çıxarıb”.

 

Publika.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə Beynəlxalq Geoloji Elmlər İttifaqının alimləri gəlib.

 

Avstraliyanın Keyptaun şəhərində keçirilən konqresdə təqdim edilən məruzədə deyilir ki, XX əsr ortalarında yeni geoloji dövr başlanıb. Onun əsas xüsusiyyətləri nüvə sınaqları və plastik kütlədir. Məruzədə deyilir ki, bəşəriyyət heyvanların və bitkilərin nəslinin yoxa çıxmasını sürətləndirib, atmosferdə karbon qazının miqdarını yüksəldib, torpağa və okeanlara plastik kütlə töküb.

 

“Bizim sayəmizdə son yüz il ərzində gübrələrdən sonra qalan kimyəvi preparatların miqdarı iki dəfə artıb. İnsan fəallığı uzunmüddətlidir və bu fəaliyyətin geoloji izlərini növbəti dövrün əlaməti hesab etmək olar”, – məruzədə qeyd olunub.

 

Geoloqların tövsiyələrinə əsasən, Yer kürəsində yeni geoloji dövrün tarixini təxminən 1950-ci ildən hesablamaq lazımdır. Bu tarix atom bombalarının sınaqları nəticəsində ətraf mühitə radiasiyanın yayılmasının başlanğıcıdır.

 

Ömər Dağlı

BIR CAVAB BURAXIN