Yeni Zelandiya yox olacaq

0
282

Yeni Zelandiyanın “GNS” elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib.

Bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər.

Şirkətin araşdırmaçısı Ursula Coçran tez-tez zəlzələlərlə sarsılan ölkəni böyük təhlükə və yox olma ehtimalı gözlədiyini bildirib:

“2011-ci ildə Yaponiyada baş verən və 16000 nəfərin ölümünə səbəb olan 9 bal gücündəki zəlzələni xatırlamalıyıq. Yeni Zelandiyada da belə bir zəlzələ baş verər və sunami dalğaları yaranarsa, ölkənin qərb sahillərindəki adaları sadəcə 7 dəqiqə içində məhv edə bilər. Ehtimal edilən zəlzələ baş verərsə, ölçülərinə görə, Kaikoura bölgəsində keçən il baş verən zəlzələdən 11 000 qat güclü olacaq”. Publika.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 + three =