“Yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub” – Əli Həsənov

0
660

Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir

Konstitusiya islahatının əsas ideyası – dövlət və iqtisadi idarəetmənin daha səmərəli mexanizmlərinin yaradılması üçün zəruri şəraitin təmin edilməsidir.

“Report” xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili – İqtisadi islahatlar ili kimi səciyyələndirib. Həmin islahatlar Azərbaycan iqtisadiyyatını qeyri-neft dövründə tələblərlə uyğun olan vəziyyətə gətirməlidir.

“Yeni mərhələnin əsas prioritetləri yerli iqtisadiyyatda rəqabət qabiliyyətinin artması olacaq. Yaxın illərdə və perspektivdə yeni iqtisadi islahatların yol xəritəsi tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Strateji yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci iilər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb”.

“Əminəm ki, Azərbaycan xalqı dövlət idarəetməsinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müadafiəsi üçün daha geniş bazanın yaradılması, aparılan islahatların dərinləşməsi və onların səmərəliliyinin təmin olunmasına yönəlmiş təşəbbüsü dəstəkləyəcək”, – Ə.Həsənov vurğulayıb.

BIR CAVAB BURAXIN