Yeni Dünya müharibəsi: ABŞ 76 ölkədə savaşır

0
614

 

ABŞ dünyanın 76 ölkəsində terrorizmlə mübarizə aparır.

Arazinfo.com Axar.az-a  istinadən xəbər verir ki, bu nəticə “Costs of War” (“Müharibə Xərcləri”) layihəsi çərçivəsində aparılan araşdırmalardan sonra müəyyən olunub. Braunov Universitetinin hazırladığı layihə çərçivəsində ABŞ-ın 2015-2017-ci illərdəki terrorizmlə mübarizə xəritəsi təqdim edilib. Xəritədə ABŞ-ın bütün dünyadakı antiterror bölmələrinin, bazalarının, pilotsuz uçuş aparatlarının yerləşdiyi ərazilər əks olunub.

Tədqiqat müəllifləri hazırda terrorizmlə qlobal konfliktə ABŞ-ın 76 ölkəni cəlb etdiyini bildirib. Bu isə dünyadakı dövlətlərin 39%-ni təşkil edir. Onların siyahısına ABŞ-ın birbaşa və ya dolayı yolla iştirak etdiyi Əfqanıstan, Suriya, Yəmən, Somali və Liviya kimi dövlətlər daxil edilməyib.

“Nation” qəzetinin jurnalisti Tom Engelxardtın fikrincə, Amerika yeni əməliyyatlar planlaşdırıb. Jurnalist 2001-ci ildə Vaşinqtonun terrorizmə qarşı Əfqanıstanda başlatdığı müharibənin Tramp dövründə sona çatmadığını, əksinə müəyyən olunmayan həcmlərdə böyüdüyünü bildirib:

“Buna rəğmən, dünyada terror təşkilatlarının sayı artmaqda davam edir. Təkcə Əfqanıstanda 2001-ci ildən bu yana terror təşkilatlarının sayı 20-yə qədər artıb”.

O, həmçinin bu savaşların həddən artıq böyük maliyyə itkisinə səbəb olduğunu söyləyib:

“Bu savaş ölkədən 5,6 trilyon aparıb. Ölkənin hərbi ehtiyacları üçün borcların faizləri əsrin ortasında Amerikanın xarici borcuna 7,9 trilyon dollar əlavə edəcək. Trampın prezidentliyinin ilk dövründə isə Amerikanın hərbi xərcləri 700 milyard dollara çatıb. Bu, artıq başa çatmayan dünya müharibəsidir”.

 

BIR CAVAB BURAXIN