“Yaxın Şərqdə genişmiqyaslı müharibə təkcə region üçün deyil, bütün dünya üçün fəlakət olardı”

0
426

“Yaxın Şərqdə genişmiqyaslı müharibə təkcə region üçün deyil, bütün dünya üçün fəlakət olardı”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə Almaniya Kansleri Angela Merkellə danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti ümid etdiyini bildirib ki, iş Yaxın Şərqdə genişmiqyaslı müharibəyə gedib çıxmayacaq, əks təqdirdə bu, fəlakətə çevriləcək: “Onsuz da regionda qarşıdurmalar gedir. Əgər böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı”.

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlar baş verməyəcək, əks təqdirdə bu fəlakətə çevriləcək.

“Report”un məlumatına görə, bunu Rusiya lideri Almaniya Kansleri Angela Merkellə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Müharibənin olmasını artıq görürük. Bu, bir həqiqətdir. Ancaq genişmiqyaslı hərbi əməliyyatların qarşısı alınmalıdır. Əgər, böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı.

Bunun nəyə səbəb olacağını da başa düşürük. İnsanlar ənənəvi yaşayış ərazilərini tərk edəcək. Bu da təkcə Avropaya deyil, digər bölgələrə də qaçqınların yeni axınlarına gətirib çıxaracaq. Humanitar, dini, iqtisadi fəlakət yaranacaq. Bu, qlobal iqtisadiyyata, qlobal enerjiyə çox böyük ziyan gətirəcək”.

ARAZINFO.COM