Yalan “5500 yaşı olan ayaqqabı” geyinər, amma yeriməz- Yeni erməni həyasızlığı

0
751

Ermənistan tarixi ilə maraqlananda mütləq gülünc və sarkazm doğuran hansısa faktla qarşılaşmamaq mümkün deyil. Ölkənin siyasətçiləri, tarixçiləri, etnoqrafları, bir sözlə, tarixin qədimliyini özlərinin xeyrinə yozmaq imkanı olan hər bir şəxs fürsət tapan kimi öz ölkələrinin nə qədər qədim, xalqlarının nə qədər mədəni olduğu barədə yalanları dünya ictimaiyyətinin şüuruna yeritməklə məşğuldurlar.

Onları yaxından tanımasaq, saxtakar xalq olduqlarını bilməsək, bəlkə biz də bu yalanlara inanardıq. Ancaq tarix uzun illər azərbaycanlılara bu yalanları müşahidə və ifşa etmək imkanı verib. Təəssüf ki, bu barbar tayfası ləyaqətsizcəsinə Azərbaycan xalqına qarşı hücuma keçərkən həm də onun tarixini özününküləşdirməyə çalışıblar.

Ermənilərin daha bir yalanı da odur ki, Vayodzor vilayətinin (Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhəddə, Arpaçayın üzərində) Areni mağarasında keçi buynuzları ilə birlikdə 5500-5600 il yaşı olan, 37 ölçüdə qədim ayaqqabı – çarıq tapılıb. Adını da qoyublar “çaroq”.

Yeri gəlmişkən, Vayodzor vilayətinin əsl adı türk sözü olan Arpadır. Lakin ermənilər 1946-cı ildə toponimlərin dəyişdirilməsi, indiki Ermənistan ərazisindəki türk sözlərinin saxtakarlıqla erməniləşdirilməsi zamanı Arpa vilayətinin adını dəyişərək, Areni qoyublar.

Əvvəlcədən qeyd edək ki, bu ayaqqabının tapılması növbəti saxtakarlıqdan başqa bir şey deyil. Hətta bu fakt doğrudursa belə, həmin əşyanın nə etnik baxımdan ermənilərə, nə də ərazi baxımından Ermənistana aidiyyəti olmazdı, çünki həmin dövrdə xalqlar hələ formalaşmadığı, insanlar qədim qəbilə sürüləri şəklində yaşadığı üçün “erməni xalqı” anlayışı da ola bilməzdi. Ən əsası isə, Ermənistanın adıçəkilən vilayəti və həmin mağara tarixən Azərbaycana aid Zəngəzur vilayətinin ərazisində olub.

Ermənilər dünya ictimaiyyətini belə bir yalanla aldatmağa çalışırlar ki, guya həmin ayaqqabı son zamanlaradək planetin ən qədim çəkməsi olan, 1991-ci ildə Avstriya buzlaqlarında tapılmış “Arktika səyyahının ayaqqabısı”ndan da qədimdir. Guya mağarada ideal mikromühit olduğuna görə ayaqqabı ideal şəkildə saxlanılmışdır. Ayaqqabının formasını saxlaması və uzun müddət qalması üçün içərisi samanla doldurulub. Yəni qədim insanın şüuru o dərəcədə yüksək olub ki, fikirləşsin, necə edək, bu ayaqqabı gələcək nəsillərə çatsın və ermənilər “qədim tarixləri” ilə öyünə bilsinlər…

Arxeoloq Diana Zardaryan isə “Reuters” agentliyinə müsahibəsində mütəəssir halda deyir: “Mən bu tapıntıdan heyrətə gəlmişəm, ayaqqabının hətta qaytanları da saxlanılıb!” Guya ayaqqabı UNESCO-nun Ümumdünya Maddi Mədəni İrsi siyahısına daxil edilmiş Britaniyadakı Stounhenc daş abidəsindən dörd yüz il, Dünyanın Yeddi möcüzəsindən biri olan Misir Ehramlarından isə min il daha qədimdir. Taykeş ayaqqabının dünyanın digər yerlərindən tapılmış qaba, aşağı keyfiyyətli “tay”larından fərqi ondadır ki, bu ayaqqabı həm də emal olunub aşılanmış dəridən düzəldilib, elə-belə dəridən yox! Altı min il əvvəl aşılanmış dəri! Dünyada bu texnologiyanı ancaq qədim ermənilər bilirmiş, guya bunlar o qədər “mədəni” xalq olublar ki, hətta altı min il əvvəl aşılanmış dəridən ayaqqabı geyirmişlər!

Haylar bir müddət əvvəl də dünyanın kütləvi informasiya vasitələrini belə bir yalançı hay-küylə ayağa qaldırımışdılar ki, guya yenə həmin başabəla Areni mağarasında qazıntılar nəticəsində bizim eradan əvvəl dördüncü minilliyə aid olan, yəni altı min il yaşı olan kətandan və şəkər qamışından düzəldilmiş qədim yubka tapıblar. Guya yubkanın qalıqları üzərində müasir xalçaçılıq sənətinə xas olan naxış nümunələri vardır. Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru öz növbəsində bəyan etmişdi ki, tapılmış eksponat bizim eradan əvvəl 3900-3700-cü illərə aiddir, yəni yubkanın beş min yeddi yüz – beş min doqquz yüz yaşı var. Yubka hətta məşhur ayaqqabıdan da qədim tarixə malikdir.

Sən demə, qədim dünyanın bütün kuteryeləri, dəb ilahələri Ermənistan mağaralarında yaşayırmışlar. Dünyadakı bütün qədim insanlar mağaralarda uzağı heyvan dərisindən olan kürklərə bürünəndə, Areni sakinləri aşılanmış dəridən olan dəbli, qaytanlı ayaqqabılarda və mürəkkəb ornamentləri olan yubkalarda gəzirmişlər.

Mağarada “aşkar olunmuş” digər tapıntıların – saxsı qabların üzərində müxtəlif rənglərlə heyvan və günəş rəsmləri çəkilib, halbuki Eneolit Dövründə Ermənistan Yaylası ərazisində rəngli boyama yayılmamışdı.

Areni mağarasında çoxlu keçi, qoyun və digər heyvanların qalıqları tapılmışdı ki, bu da çox güman, qədim ermənilərin ulu əcdadlarıdır

Arenidəki ən gənc eksponat mağaranın girişi yaxınlığında “aşkar olunmuş” XII-XIV əsrlərə aid olan sobadır. Habelə, guya burada XIII-XIV əsrlərə aid erməni və fars dillərində əlyazma tapılıb. Qeyd etmək lazımdır ki, mağarada tapılan saxsı qablar Azərbaycanın Eneolot Dövründəki Kür-Araz mədəniyyəti abidələri ilə eynidir.

Ermənilər hətta bir qədər də uzağa gedərək, mağarada qədimi böyük kuzələrin, üzüm qabığı qalıqlarının, metal bıçaqların, otuzdan artıq meyvə növünün toxumlarının olması barədə yalanlar uyduraraq, bu bölgədə çaxırın ən qədim sənaye istehsalı kompleksinin olmasını iddia etmişlər. Burada məqsəd aydındır: Kəndi məşhurlaşdırmaq, xarici turistləri cəlb etmək. Çünki 2009-cu ildən bəri hər il Areni mağarasının yerləşdiyi eyniadlı kənddə “Çaxır festivalı” keçirilir. Eyni zamanda, burada restoran yerləşir və həmin restoranın sahibi iaşə müəssisəsinin ərazisini mağaranın hesabına genişləndirmək istəyərək, orada yeni zal tiksə də, az sonra qəfildən ölmüşdü. Yerli sakinlər hesab ediblər ki, mağaranın partladılması oradakı qüvvələrin xoşuna gəlməyib və onlar restoran sahibini o dünyaya aparıblar.
Burada daha bir şübhəli məsələ mağaranın niyə Sovet dövründə deyil, indi tədqiq olunmasıdır. Əgər burada doğrudan da belə unikal tapıntılar olsaydı, yəqin ki, yetmiş illik SSRİ dövründə araşdırmalar aparılardı. Axı, SSRİ heç də dünya irsinin məhz onun ərazisində olmasında Ermənistandan daha az maraqlı deyildi. Həm də mağara düz Arpaçayın sol sahilində dəniz səviyyəsindən 1080 metr yüksəklikdə, qayaların arasında görünən bir yerdədir, sonralar arxeoloji qazıntılar nəticəsində tapılmayıb. Yəni necə oldu ki, dünyanın məşhur arxeoloqlarının yaşadığı SSRİ-də həmin qədim ayaqqabı, yubka və s. tapılmadı, amma nədənsə birdən-birə Ermənistan müstəqillik əldə etdikdən on doqquz-iyirmi il sonra, 2010-cu ildə üzə çıxdı?

Arxeoloji materiallar ABŞ-ın Kaliforniya ştatındakı laboratoriyalarda həqiqiliyi təsdiq olunmaq üçün analiz edilib. O Kaliforniya ştatında ki, erməni icmasının ən çox məskunlaşdığı ştatdır, Parlamenti “erməni soyqırımı”nı qəbul edib. Şübhə yoxdur ki, ermənilər orada laboratoriya analizlərinin gedişinə müdaxilə ediblər. Məqsəd birdir: ermənilərin ən qədim mədəniyyətə malik xalq olduğunu dünya ictimaiyyətinə qəbul etdirmək.

Görünür ki, şüuraltı natamamlıq kompleksi onları dünyada “ən, ən…” yarışına başlayıb, orada “ən birinci” olmaq avantürasına sürükləyib. Guya, Ermənistan ən böyük qədim imperiyaya və dövlətçiliyə malikdir, ermənilər xristianlığı birinci dəfə dövlət dini kimi qəbul etmiş xalqdır və s. Yalanın ayaq tutub yeridiyini isə indiyədək hələ heç kim görməyib, “5500 yaşı olan ayaqqabı” geyinsə belə!

Nəzakət Məmmədova
AzVision.az

BIR CAVAB BURAXIN