Yadplanetli ilə müəmmalı görüş

0
1126

Son dövrlərdə naməlum uçan obyektlərlə görüş barədə çox yazılsa dabu mövzu mütəmadi olaraq diqqəti cəlb etməkdə davam edir. Bunu nəzərə alaraq Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın iki nəfər amerikalının yadplanetli ilə müəmmalı görüşü barədə yazısını təqdim edir:

Həmin gün Betti və Barri Xillər Kanadadan ABŞ-a qayıdırdılar. Hər ikisi xoşbəxt idi. Bir aydan artıq müddətdə onlar orada yaxşı dincəlmişdilər, kefləri, sonralar özlərinin də dedikləri kimi, göylə gedirdi. Sükan arxasında Barri arabir dodaqaltı zümzümə edir, hərdən də maşının sürətini son həddə kimi qaldırırdı. Və ağıllarına da gəlmirdi ki, onlar həmin gün qeyri-adi hadisənin şahidi olacaqlar. 2-3 saat maşını yüksək sürətlə qovan Barri birdən-birə yorulduğunu hiss etdi və sürəti azaltdı. Bir əli sükanda, bir əli isə sürətlər qutusunda olan Barrinin diqqətini gözlənilmədən şose yoldan bir az kənarda havada iki parlaq dairənin rəqs eləməsi cəlb etdi. Elə həmin an da Bettiyə: “Görürsən texnikanı, bizimkilər (amerikalılar) ulduzları gündüz də göy üzündə görünməyə məcbur ediblər”, – dedi.

Betti də nəzərlərini Barrinin nişan verdiyi tərəfə yönəltdi. O saat da anladı ki, bu parlaq dairələr elm və texnika möcüzəsinə oxşamır. Parlaq dairələr birdən-birə yerə enərək, günəş şüaları altında par-par parıldayan gümüşürəngli qeyri-adi obyektə çevrildilər. Barri bu qeyri-adi hadisədən heyrətlənərək maşını saxladı və binoklla obyekti nəzərdən keçirməyə başladı. Obyektin ətrafında qeyri-adi formalı, insandan daha çox meymuna bənzəyən fiqurlar gəzişirdi. Marağını saxlaya bilməyən Barri binoklu əlinə alaraq onlara tərəf gedəndə, Betti nə üçünsə təşvişə düşdü. “Getmə, sən nə bilirsən ki, onlar kimlərdir”, – deyə ərinə səslənsə də, Barri onu eşidəcək halda deyildi.

Naməlum obyektin 10-15 metrliyinə çatanda Barrini dəhşətli bir qorxu bürüdü. Gümüşü rəngli konusvari obyektin ətrafında gəzişənlərin qəribə bir görkəmləri vardı, boyları 1 metr 50 sm olardı. Göz vəburun yerlərində dəliklər vardı. Ağız yerlərində qəribə bir yarıq görünürdü. Tükləri biz-biz olan Barri qorxaraq qışqırtı ilə maşına tərəf qaçdı. Sükanın arxasında oturan kimi də var gücü ilə ayağını qaza basdı. Maşın ildırım sürəti ilə irəliyə doğru şığıdı. 100-120 kilometr getdikdən sonra artıq təhlükənin sovuşduğunu hiss edərək sürəti azaltdı. Yalnız bu vaxt bayaqdan bəri sakitliyi qoruyub saxlayan Betti: “Mən sənə demədim ki, oraya getmə” deyərək məzəmmətedici tərzdə ərini süzdü. Barri isə ona cavab verəsi halda deyildi. Yenidən30-45 kilometr getdikdən sonra qəfildən maşının arxasından və qabağından qəribə, fitə və xışıltıya bənzər səslər eşidildi. Qorxuya düşən Barri yenidən ayağını qaza basdı. Amma maşını sanki tutub saxlamışdılar. O, yerindən tərpənmək istəmirdi.

Ayağını qaza əsəbiliklə təkrar basanda gözləri önündə naməlum obyektin ətrafında gördüyü qəribə məxluqlar göründü. Dərhal da özünü itirdi. Ər və arvad qarşılaşdıqları mənzərədən özlərindən getdilər. Özlərinə gələnd əqorxu hissi ötüb keçmişdi. Ancaq nə üçünsə heç nə xatırlamırdılar. Bircə yadlarında qalan maşın saxladıqları yerin ətrafında boş sahələrin olması idi. İndi dayandıqları yerin ətrafı isə meşəlik idi. Onlar anladılar ki, meşəlik onların naməlum obyektlə qarşılaşdıqları yerdən nə az, nə çox, 100 kilometr aralıdır. Amma onlar buraya necə gəlib çıxmışdılar? Ər-arvad heç biri bunu xatırlaya bilmirdi. Yadda qalan bir şey var idisə, o da naməlum obyekt, bir də qəribə məxluqların onların maşınları üzərində görünməsi idi. Evə qayıtdıqdan sonra onlar 5-6 ay şok içində yaşadılar. Sanki kimsə gəlib onları haraya isə aparacaqdı. 1962-ci ildə Barridə kəskin baş ağrıları başladı. Nə üçünsə ömrü boyu xəstəliyin nə olduğunu bilməyən Betti də bu hadisədən sonra tez-tez özündən gedirdi. Bir il sonra Barrinin baş ağrıları daha da şiddətləndi. Onların həkimə müraciət etməkdən başqa çarələri qalmadı. Həkim dərhal anladı ki, başağrısı psixi sarsıntı və yorğunluqdan irəli gəlir. Ona görə də o, ər-arvada nevropatoloqun və psixiatrın yanına getməyi tövsiyə etdi. Nevropatoloq da Barrinin başağrısının streslə əlaqədar olduğunu deyəndə, ər-arvad iki ildən artıq bir müddətdə gizli saxladıqları sirri açdılar. Təcrübəli nevropatoloq isə kömək üçün psixiatra müraciət etdi. Çünki ər və arvad yalan danışana və nəyi isə düzüb-qoşanlara oxşamırdılar. Barri və Bettinin başına gələnləri xatırlamaları üçün onlar hipnoz altına salındılar. Ayrı-ayrı otaqlarda hipnoz halında olan ər-arvad başlarına gələnləri “xatırlamağa” başladılar. Bir neçə gün davam edən seansdan sonra məlum oldu ki, Betti və Barrini kosmosdan gələnlər oğurlayıblar. Betti başına gələnləri hipnoz altında belə xatırlayırdı: “Mən maşından düşmək istəmədim. Lakin bu adamlar məni zorla maşından çıxardaraq gümüşü rəngli obyektə apardılar. Əvvəlcə başdan-ayağa çılpaq halda yoxladılar. Sonra isə qarnıma iynə sancdılar”.

Betti hipnoz altında xatırlayırdı ki, o, ağrıdan qışqırırdı. Bunu görən yadplanetlinin birisi ovcunu onun qarşısında tutub. Bundan sonra Bettinin ağrısı ötüb. Betti: “İynəni nə üçün qarnıma sancdınız?”- deyə soruşanda, onlar bildiriblər ki, bu, hamiləlik üçün testdir. Yoxlamalardan sonra Betti “komandan” rolunu oynayanların birinin əlində qəribə xəritə görüb. Xəritədə çoxlu əyri və yoğun xətlər, nöqtələr varmış. Betti bunların nə olduğunu soruşandaona deyiblər ki, bu, planetlərin xəritəsidir. “Bəs siz haradan gəlibsiniz?” sorğusuna Bettiyə: “Xəritədə olduğun yeri göstər,” – deyiblər. Betti göstərə bilməyəndə ona deyiblər ki, sən olduğun yeri bilmirsənsə, biz sənə öz yerimizi və haradan olduğumuzu necə başa salaq? Yadplanetlilərin gəmisinə aparılan Barrinin də başına qəribə hadisələr gəlib. Barrinin ağzını açaraq onun qoyma dişlərini çıxarıb diqqətlə nəzərdən keçiribləp.

Sonra onun əsl dişlərini çıxartmağa çalışıblar. Buna nail ola bilməyəndə isə təəccübləniblər və zorla onun çənəsini çıxartmağa çalışıblar. Dəhşətli ağrıdan Barri bir neçə dəfə özündən gedib. Nəhayət, yadplanetliləronun çənəsini çıxartmaq fikrindən əl çəkiblər. Amma yadplanetlilər Betti ilə müqayisədə Barrilə daha yumşaq davranıblar. Barrini də uzun müddət xüsusi müayinə altında nəzərdən keçiriblər. Barri hipnoz altında: “Şüaları kənara çəkin, bədənim sızıldayır, məni tokla öldürməyin,”- deyə qışqırırmış.

Onlar maşında özlərinə gəldikləri zaman Bettinin yubkası və alt paltarı parça-parça idi. Barrinin şalvarınınarxa və qabaq hissəsini sanki kəsib götürmüşdülər. Onun ayaqqabısı parça-parça olmuşdu. 45 saatlıq hipnozdan sonra psixiatrlar və hipnozçular bu qərara gəldilər ki, Betti və Barri yalan danışmırlar. Çünki hipnoz zamanı onlar ayrı-ayrı otaqlarda  yerləşdirilmişdilər və səsləri diktofona yazılmışdı. Amma hipnozaltında onların hər ikisi eyni, oxşar ifadələr işlətmirdilər. Sonralar hipnoz altında dediklərini Barri və Bettiyə qulaq asdırdılar. Betti öz söylədiklərini adi qarşıladı, Barri isə yenidən stress vəziyyətə düşdü. Uzun və əzabverici xəstəlikdən sonra Barri 1969-cu ildə mənşəyi bilinməyən xəstəlikdən vəfat etdi. Belə güman edilir ki, onun ölümünə keçirdiyi stress və bir də məruz qaldığı şüalanma olub. Betti isə bir neçə gün bundan əvvəl həyatdan köçdü. Ölən günə kimi ona elə gəlirdi ki, onun harada isə övladı var. Və daima övladının haçansa ona baş çəkəcəyini gözləyirdi. Əvvəllər deyib gülən, şən olan Betti yad planetlilərlə görüşündən sonra lal, dinməz bir adama çevrilmişdi. Əvvəllər kilsəyə getməyən Betti bu hadisədən sonra, demək olar ki, hər gün kilsəyə gedir və uzunuzadı dua edirdi. Ufoloq alimlərin fikrincə, Bettinin harada isə övladını gözləməsi təsadüfi olmayıb. Çox güman ki, yadpanetlilər onun bədənindən döl əmələ gətirmək üçün material götürüblər. Onlar özləri də bunu (səni hamiləlik üçün test edirik) gizlətməyiblər. Barriyə gəlincə, o, Betti ilə müqayisədə şüalanmaya güclü müqavimət göstərə bilməyibmiş.

Qeyd edək ki, son illərdə ABŞ astronavtları dəfələrlə hökumətə müraciət edərək, yadplanetlilərlə qurulan əlaqələr barədə beynəlxalq aləmə məlumat verilməsini tələb edirlər. Özü də bu astronavtlar kifayət qədər tanınmış şəxslərdir və heç kim onları yalan deməkdə suçlaya bilməz. ABŞ rəsmiləri isə hələlik susmaqdadavam edirlər…

Əziz Mustafa/Arazinfo/com

BIR CAVAB BURAXIN