Yəhudilər Almaniyanı kütləvi şəkildə tərk edə bilər

0
52

Almaniyanın Xarici İşlər naziri Heiko Maas artan antisemitizmə qarşı təxirəsalınmaz tədbirlər görülməsə, yəhudilərin ölkəni “böyük ölçüdə” tərk edə biləcəyini deyib.

Azadinform xəbər verir ki, Ausşvits konsentrasiya düşərgəsinin azad edilməsinin 75 illiyi ərəfəsində həftəlik “Der Spiegel” jurnalına məqalə yazan Maas yəhudilərin əleyhinə təhqir və hücumların real həyatda və ya onlayn mühitdə “hər gün qarşılaşılan bir hadisə” halına gəldiyini qeyd edib.

Maas demək olar hər iki yəhudi vətəndaşından birinin nasist keçmişi ilə üzləşməmək üçün əziyyət çəkən Almaniyadan getdiyinin güman edildiyini bildirib.

“Bu cür düşüncələrin acı həqiqətə çevrilməyəcəyinə və yəhudilərin Almaniyadan kütləvi şəkildə ayrılmasına səbəb olmayacağına əmin olmaq üçün təcili tədbirlər görməliyik”, – nazir yazısında qeyd edib.

Almaniyanın antisemitik hərəkətlərin hüquqi nəticələrinin ağırlaşdırılması üçün çalışacağını bildirən Maas bu səylərin Avropa Birliyi daxilində daha çox ölkədə Holokost inkarının cinayət sayılması üçün də ediləcəyini vurğulayıb.