Xoşqədəm Hidayətqızı Yusif Mustafayevə cavab verdi: “Şər atmaq olmaz…!”

0
517
 
“Xəzər” Televiziyasında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əməkdar artist Yusif Mustafayevin sözügedən proqramda səsləndirdiyi fikirlərə münasibət bildirib.
 “Ölkə.Az”-ın məlumatına görə teleaparıcı qeyd edib ki, Yusif Mustafayev aparıcının və verilişin əməkdaşlarının, guya, ona yanlış məlumat verdiyini bildirib:
“Burda bu hadisə ilə bağlı yarım saat başdan axıra kimi süjetlər göstərilib. Yəqin, onun fikri toyların yanında olub. Sən ağlı başında olan insansan. Şər atmaq olmaz. Burada bütün səslər və görüntülər qeyd edilir. Bunu kimsə sənin qulağına pıçıldaya bilməz”.
Qeyd edək ki, müğənni Yusif Mustafayev bir neçə gün öncə sözügedən proqramda qonaq olarkən, dörd qızını və həyat yoldaşını qətlə yetirmiş Salyan sakini Fərhad Əliyevin haqlı olduğunu bildirmişdi.

BIR CAVAB BURAXIN