Xoşbəxtliyini tez itirərək boşanan müğənnilər

0
667

Xoşbəxt və uzunömürlü nikah hər kəsin arzusudur. Amma bəzən bu evlilik işgəncəyə çevrilir, hər kəs bu izdivaca asanlıqla tab gətirə bilmir. Məsələn, amerikalı müğənni Britni Spirs də qısa çəkən evliliyi ilə tarixə düşən şəxslərdəndir. 2004-cü ildə uşaqlıq dostu Jason Alexander ilə nikah bağlayan müğənni, bu evliliyə cəmi 55 saat tab gətirə bilib.
Azərbaycanda şou-biznes nümayəndələri arasında bu rekordu təzələyən olmasa da, qısa sürən nikahlar az deyil.
Arazinfo.com  yenicag.az-a istinadən yerli şou-biznesin ən azömürlü nikahlarının siyahısını təqdim edir.
Xalq artisti İlhamə Quliyeva ötən əsrin 80-ci illərində Faiq Mirmövsümov adlı şəxslə ailə qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını götürərək, “Mirmövsümova” olub. Cütlük qısa zaman kəsiyində boşanıb.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Əməkdar artist İzzət Bağırovun ilk nikahı qısa və qalmaqallı olub. Müğənni ikinci dəfə evlənib.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Müğənni Zamiq Hüseynov 2009-cu ildə xarici ölkələrin birində istirahət edərkən tanış olduğu Nigar Rəfiyeva adlı xanımla ailə qurub. Lakin bu nikah uğursuz olub. 6 ay sürən evliliyə son qoyulub. Zamiq boşanma səbəbi barədə bir kəlmə də olsun danışmayıb.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evlənsə də, cütlük qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə qonşu qızı ilə evlənib.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Reper Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, iki məşhurun evliliyi elə həmin ilin sentyabrında bitib.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Sevda Ələkbərzadə 2014-cü il mayın 24-də Amerikada yaşayan Kamyer adlı əcnəbi iş adamı ilə ailə qurub. Cütlük 2016-cı ilin yanvarında boşanıb.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Səidə Dadaşova sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Mətanət Əsədovanın da nikahı heç 6 ay çəkməyib.

6 ay yaşadıq, bəs deyil, arvad? - Şou-biznesin ən qısa sürən nikahları - SİYAHI

Natavan Həbibi ilə reper Dadonun (Səid Əliyevlə ) evliliyi də heç 6 ay çəkmədi. Natavan gözlənilmədən boşandıqlarını elan etdi. Hərçənd, əvvəlcədən bu evliliyi saxta nikah kimi proqnozlaşdıranlar da vardı.

BIR CAVAB BURAXIN